Misli Premyer Liqasının 5-ci turu mövsümün ilk het-triki ilə əlamətdar olub.
QOL.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Toral Bayramov “Araz-Naxçıvan”la səfər oyununda üç qola imza atıb.
Bu, Toralın Premyer Liqada ilk het-trikidir. O, 1992-ci ildən keçirilən turnirin tarixində bir oyunda 3 qol vuran 108-ci futbolçu olub. Əvvəlki 33 mövsümdə 107 oyunçu 3 qollu matç keçirib.
Onun ikinci qolu Premyer Liqada 20-ci topu olub. Ölkə çempionatında 129-cu matçını keçirən Toral ümumilikdə 21 dəfə rəqib qapılarına yol tapıb.
İki dəfə penaltidən fərqlənən yarımmüdafiəçi Premyer Liqada 11 metrlik nöqtədən vurduğu zərbələrin ümumi sayını 10-a çatdırıb. O, bu imkanlardan 9-da dəqiq olub.
Qeyd edək ki, “Qarabağ” “Araz-Naxçıvan”a 5:0 hesabı ilə qalib gəlib.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi