"Real" "Espanyol"u üstələdi, "Atletik"dən məğlubiyyət

"Real" "Espanyol"u üstələdi, "Atletik"dən məğlubiyyət
DÜNYA FUTBOLU 21 Sentyabr 2025 / 01:40 458
-  A +

İspaniya La Liqasında 5-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, 2-ci oyun günündə 5 matç keçirilib.

“Real”ı evdə “Espanyol”u üstələyib. “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən “Atletik” isə səfərdə “Valensiya”ya uduzub.

Qeyd edək ki, turnir cədvəlinə 15 xalla (5 oyuna) "Real" liderlik edir. "Barselona" 10 xalla (4 oyuna) 2-ci, "Vilyarreal" isə eyni xalla (5 oyuna) 3-cüdür.

İspaniya La Liqası, 5-ci tur

20 sentyabr

"Jirona" – "Levante" - 0:4
Qollar: E.Yanq, 43, K.Alvares, 49, İ.Romero, 70, Q.Koyalipu, 90+2

"Real" – "Espanyol" - 2:0
Qollar: E.Militao, 22, K.Mbappe, 47

"Alaves" – "Sevilya" - 1:2
Qollar: K.Visente, 17 (pen.) – R.Varqas, 10, A.Sançes, 67

"Vilyarreal" – "Osasuna" - 2:1
Qollar: G.Mikautadze, 69, P.Qeye, 85 – A.Budimir, 45+6

"Valensiya" – "Atletik" - 2:0
Qollar: B.Santamariya, 73, H.Duro, 90+3


Son xəbərlər