"Heç vaxt özümü bu qədər iddialı və motivasiyalı hiss etməmişdim. Daha əvvəl məşqçilik etdiyim heç bir klub məni "Benfika" qədər ruhlandıra bilməyib".
QOL.az xəbər verir ki, bu sözləri "Benfika"nın yeni baş məşqçisi Joze Mourinyo Lissabon təmsilçisinə keçidi ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis istefaya göndərildiyi "Fənərbaxça"nı çalışdırmaqda səhvə yol verdiyini bildirib: "Karyeram zəngin oldu, müxtəlif ölkələrdə çalışdım, "Fənərbaxça"ya getməkdə səhv qərar verdim. O klub mənim səviyyəmə uyğun deyildi. Amma peşman deyiləm. Orada son günə qədər əlimdən gələni etdim".
62 yaşlı mütəxəssis "Fənərbaxça"nın transfer siyasətini də tənqid edib: "Fənərbaxça"da dörd nəfərlik müdafiə ilə oynamaq istəyirdim, amma mən gedəndən sonra klub 5 transfer etdi. Belə oynamaq mümkün deyildi. Siz indiki vəziyyətə uyğunlaşmalısınız. "Benfika"nın heyətini "Fənərbaxça"da olarkən də tərifləmişdim və bunu yenə edəcəm".
Mourinyo qısa da olsa, "Benfika"nın UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"a uduzmasına (2:3) toxunub: "Hər zaman qalib gələ bilmərik, amma iki gün əvvəlki (red.- açıqlama dünən verilib) kimi məğlub da ola bilmərik. Əsl "Benfika" İstanbulda "Fənərbaxça"ya qarşı 30 dəqiqə bir nəfər azlıqda oynamasına baxmayaraq, müsbət nəticə qazanan komandadır. Mənim gözümdə "Benfika" budur".
Xatırladaq ki, Joze Mourinyo ötən gün "Benfika" ilə 1+1 illik müqavilə imzalayıb. O, bu vəzifədə "Qarabağ"a məğlubiyyətə görə istefaya göndərilən Bruno Lageni əvəzləyib
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi