“Qarabağ”ın qələbəsi mənim üçün heç vaxt sürpriz olmayıb. Oxşar ssenari “Ferensvaroş”la oyunda da yaşanmışdı”.
Bu sözləri QOL.az-a açıqlamasında türkiyəli mütəxəssis Naci Şensoy deyib.
O, “Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda Portuqaliyada “Benfika” üzərində qazandığı əzmkar qələbədən (3:2) danışıb: “Diqqət etsəniz, “Qarabağ” ilk 16 dəqiqədə iki qol buraxanda kameralar Qurban Qurbanovun üzünü göstərdi. O, dim-dik dayanmışdı və özünə inamını əsla itirməmişdi. Bu davranış futbolçulara da sirayət etdi.
İdmanda geri düşmək önəmli deyil — əsas məsələ necə reaksiya verməyindir. Psixologiyada buna “Mental güclülük” deyilir. “Qarabağ” futbolçuları hesabdan asılı olmayaraq, meydanda qarışqa kimi çalışdılar, üç qol vurdular və haqq etdikləri qələbəni qazandılar”.
“Turan”ın sabiq baş məşqçisi “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun Azərbaycan futboluna yenilik gətirdiyini və bunun bəhrəsinin görüldüyünü bildirib: “Qurban Qurbanov Azərbaycan futboluna əslində bir inqilab edib. Ondan əvvəl ölkə futbolu rus oyun fəlsəfəsindən çox təsirlənmişdi. Amma Qurban bunu tamamilə dəyişdi və ispan futbol fəlsəfəsini gətirdi. Həmin oyun fəlsəfəsində əsas məqamlar isə bunlardır:
1.Top hava ilə deyil, yerdən oynanmalıdır.
2.Oyun qurarkən meydandakı mövqelər pozulmamalıdır.
3.Səbrli ötürmələrlə rəqibin qapısına ən qısa yolla yaxınlaşmaq və qol vurmaq.
2004/05 mövsümündə mənim çalışdırdığım “Turan” komandası da məhz bu fəlsəfə ilə oynayırdı. Buna görə həmin dövrdə “Turan”a “Azərbaycanın “Barselona”sı” deyirdilər.
Ancaq belə oyun üslubunu reallaşdırmaq üçün düzgün seçim edilməlidir. Qurbanın ən güclü cəhətlərindən biri də yaxşı seleksiyaçı olmasıdır. Məsələn, yarımmüdafiəçi Marko Yankoviçin komandaya verdiyi fayda “Fənərbaxça”nın Fredindən heç də geri qalmır, amma dəyəri təxminən 30 dəfə ucuzdur”.
“Benfika”nın UEFA Çempionlar Liqasının pley-offunda “Fənərbaxça”nı mübarizədən kənarlaşdırmasından (0:0, 1:0) danışan N.Şensoy İstanbul nəhənginin rəqibinə 1 qol belə vura bilməməsini də xatırladıb: “Fənərbaxça”da Talişka, En-Nesiri və Duran üçün 100 milyon avro ödənilib. Amma bu üçlü “Benfika” ilə hər iki oyunda 1 qol da vura bilmədi. “Qarabağ” isə iki top geridə olmasına baxmayaraq, üç qol vuraraq üç xal qazandı. Bu fakt hər şeyi açıq şəkildə göstərir. Yəni, bahalı futbolçu yaxşı futbolçudur demək deyil. “Qarabağ” bunun açıq sübutudur.
Futbol bir komanda oyunudur. “Qarabağ” artıq bir komanda halını alıb və bu şəkildə oynayır. “Fənərbaxça” isə pula və şöhrətə doymuş futbolçular qrupudur. Başqa sözlə, onlar komanda ola bilməyiblər. “Fənərbaxça”da uğur fərdi çıxışlara bağlıdır. “Qarabağ”ın isə özünəməxsus kollektiv oyunu var. “Qarabağ”da qolu fərdi oyunçu vurmur, oyun üslubları özü vurur.
“Qarabağ” 11 musiqiçidən ibarət bir orkestrə bənzəyir. Orada hamı eyni notlarla ahəngdar musiqi çalır. “Fənərbaxça”da isə belə bir ahəng və uyğunluqdan əsər-əlamət yoxdur. Mən əminəm ki, indiki “Qarabağ” Türkiyə Superliqasında iştirak etsəydi, “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor”u arxada qoyar, hətta “Qalatasaray”la çempionluq uğrunda yarışardı”.
Ramiq Ağaməmmədov
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi