“Ayxan Abbasova millidə belə şans verilməyi həqiqətən sevindirici xəbər idi. Bundan sonra da onunla davam etmək lazımdır”.
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Əfran İsmayılov deyib.
Millimizin DÇ-2026-nın seçmə mərhələsində Bakıda Ukrayna ilə keçirilən oyunundan (1:1) danışan "Araz Naxçıvan"ın məşqçisi komandada indiyə qədər çatmayan keyfiyyətləri gördüyünü bildirib:
“Real danışsaq, qrupumuzdakı komandaların hamısı bizdən qat-qat üstündür. Oyunçuların səviyyəsi baxımından deyirəm. Üstəlik bizdə milli ruh da yox idi. Uşaqlar əlini yanına salıb uduzmağa vərdiş eləmişdi. Amma dünənki oyunda gördük ki, Elvin Cəfərquliyev 90 dəqiqə pressinq etdi, komanda oyuna canını qoydu. Ən azından bu istəyi geri qaytarmış olduq. İnanın ki, dünən millimiz uduzsa belə qınanmazdı. Çünk komanda kişi kimi oynayırdı. Mən əvvəldən demişdim ki, bu qrupda bir xal qazansaq, yaxşı nəticədir. Futbolçular sağ olsunlar ki, artıq o bir xalı qazandılar. Ən azı millidə olan psixologiya düzəldi. Buna görə də Ayxan müəllimə təşəkkür düşür. Çünki cəmi bir günün içində komandanı toparlaya bildi, onlara lazım olan motivasiyanı verdi”.

Əfran İsmayılov
Ə.İsmayılov qeyd edib ki, milli komandamız Ayxan Abbasovla işinə davam etməlidir: ”Ona şans və vaxt vermək lazımdır ki, özünü göstərsin, ortaya yeni futbolçular çıxarsın. Hansı ki, onda bu bacarıq var. Bunlar 1-2 ilin söhbəti deyil. Bir neçə il lazımdır ki, istədiyini həyata keçirsin. Ayxan Abbasov bütün futbolçuları çox yaxşı tanıyır. İnanıram ki, onunla daha yaxşı yerlərə gedib çıxa bilərik.
Azərbaycana çox əcnəbi mütəxəssis gəlib. Nə ediblər? Pul qazandılar və çıxıb getdilər. Biz də nə qədər vaxt itirdik. Ondan 10 dəfə az pulu Ayxana verəcəklər, amma canla-başla, vicdanla işləyəcək, komandanı yığacaq, uşaqlarda o milli ruhu, meydanda can qoymağı geri qaytaracaq. Futbolumuzu inkişaf etdirmək istəyiriksə, indiki vaxtda hamı Ayxan müəllimə dəstək olmalıdır. O, öz fikirlərini irəli sürməlidir və buna hörmətlə yanaşılmalıdır. Tədricən inkişafa nail olmaq olar. Onsuz da neçə illərdir ki, vaxt itiririk. 5 il də belə itirək, amma heç olmasa, ortaya bir neçə futbolçu çıxaraq”.
Əfran İsmayılov qeyd edib ki, bir neçə gün əvvəl millimizdən istefaya göndərilən Fernandu Santuş üçün Ukraya ilə oyunun nəticəsi heç maraqlı da deyil: “Santuş heç bəlkə də oyuna da baxmayıb. Onun vecinə də deyil. Bəlkə də yeyib içirmiş. İndi oturub gözləyir ki, görəsən balansıma təzminat köçürüldümü. Santuş istədiyini etdi. Bundan sonra onsuz da heç kimə lazım deyil. Pulunu qazandı və getdi".
Ramiq Ağaməmmədov
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi