"Azarkeşlərə təşəkkür edirəm ki, bizə motivasiya verdilər, möhtəşəm idilər. İlk oyunda 0:5 uduzsaq da, oyunumuza gəldilər, dəstək oldular".
QOL.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin kapitanı Emin Mahmudov DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turunda Bakıda Ukrayna ilə keçirilən oyundan (1:1) sonra jurnalisltərə açıqlamasında deyib.
Bu oyunda fərqlənməklə millidəki qol sayını 15-ə çatdıran və Qurban Qurbanovun rekordunu yeniləyən yarımmüdafiəçi bu barədə də danışıb: "Bombardir olduğum üçün çox xoşbəxtəm, möhtəşəm hissdir. Buna görə komanda yoldaşlarıma təşəkkür edirəm, Onlarsız bu rekordu yeniləyə bilməzdim".
E.Mahmudov oyunda çox əziyyət çəkdiklərini bildirib: "Çalışırdıq ki, maksimumu yerinə yetirək. Baş məşqçi Ayxan Abbasova təşəkkür edirəm ki, 0:5 hesablı məğlubiyyətdən sonra bizə motivasiya verdi. Komandanı psixoloji cəhətdən oyuna yaxşı hazırladı. Bir günə çox yaxşı işlər gördü".
Millinin kapitanı "müvəqqəti baş məşqçi Ayxan Abbasov millidə nəyi dəyişdi ki, nəticə qazandınız" sualını isə belə cavablandırıb: "Bir günə çox şeyi dəyişə bilməzsən. Bizə stimul olmaq üçün bəzi sözlər dedi. Bəzi taktiki gedişlərdə də dəyişiklik etdi. Maksimum nə dəyişə bilərdisə onu da etdi. İnanıram ki, növbəti matçlarda da uğurlu nəticələr qazanacağıq".
E.Mahmudov onu da deyib ki, millidə yerli məşqçinin işləməsi daha yaxşı olar: "Yerli məşqçilərin işləməyi daha rahatdır. Çünki onlar futbolçuları, çempionatı yaxşı tanıyır. Ayxan müəllim bizi tanıdığına görə bir günə nəyisə dəyişə bildi. Mənim üçün kimin gəlməsi fərq etməz, amma yerli məşqçi ilə işləmək daha rahatdır".
E.Mahmudov millidə qol sayını daha da artırmaq istədiyini qeyd edib: "İndi qol vurmaq məncə, daha rahat olacaq. Rekordu yeniləmək üçün lazım olan bir qolu çox gec vurdum. Bir ildən çox çəkdi. Amma bundan sonra daha rahat olar".
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi