“Millidə əvvəl-axır yerli baş məşqçi olmalıdır. Mən bunu dəfələrlə demişəm”.
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.
Azərbaycan millisindəki müvəqqəti baş məşqçi dəyişikliyindən danışan təcrübəli mütəxəssis qeyd edib ki, Ayxan Abbasovu komandada saxlamaq olar: “Bura gələn əcnəbi məşqçilərin içərisində yalnız Berti Foqtsdan bəzi şeylər öyrənmişəm. Qalan heç bir məşqçidə bizdən üstün heç nə görmədim. Bizdə işləyən məşqçilər var. Amma onlara inanmırlar. İndi Ayxan Abbasovu müvəqqəti olaraq baş məşqçi qoyublar. Lap əladır. Cavan məşqçidir. Bu gün Ukrayna ilə oyunda millimiz yaxşı nəticə qazansa, niyə də Ayxanla davam edilməsin? Ayxan da maşallah, “Şamaxı”da da işləyir, U-21-də, indi də oldu əsas millinin baş məşqçisi (gülür). Amma mən düşünürəm ki, millinin baş məşqçisi azad olmalıdır. Yəni klubda çalışmamalıdır ki, tam gücünü milliyə verə bilsin”.
A.Mircavadov AFFA-nın Fernandu Santuşu istefaya göndərməsi ilə bağlı da danışıb. O, bu qərarın bir qədər gec verildiyini bildirib: “Amma səhvin yarısından da qayıtmaq böyük işdir. Baxın ki, Santuş haralarda və necə işləyib. Bizim milliyə gəlməmişdən əvvəl bir neçə yerdən istefaya göndərilib. Bizə iş üçün ürəyini qoyan, işgüzar, oyunçularla dil tapmağı bacaran məşqçi lazımdır. Bir sistem düzəltmək lazımdır. Sistem olmasa, heç nə etmək olmaz”.
Bəs 78 yaşlı mütəxəssisin millidə görmək istədiyi yerli məşqçi kimdir? A.Mircavadov deyib: “Yerli məşqçilərimiz var, işləyə bilərlər. Mən istəmirəm onların adlarını çəkim, amma var. Ayxanın bir cümləsi çox xoşuma gəldi. Dedi ki, bu yükün altına girmək şərəfdir. O vaxt biz də yeni müstəqillik əldə edəndə bəzi məşqçilər millidə işləməkdən imtina etdilər. Çünki heç bir şərait yox idi. Mən isə tərəddüd etmədim. Çünki mənim üçün millidə çalışmaq böyük şərəfdir. Məncə, bu, hər bir azərbaycanlı məşqçi üçün belədir. Çünki biz Azərbaycanın övladlarıyıq, ölkəmizə qulluq etməliyik. Ayxandan başqa da bir neçə seçim var, amma onlara inanmaq lazımdır.
Onu da deyim ki, indi millimiz çox ağır vəziyyətdədir. Yaşlı oyunçular millidəki son oyunlarını keçirirlər. Belə oyunçular hər mövqedə var. Cavan oyunçuların isə keyfiyyəti istənilən qədər deyil, bunu artırmaq lazımdır. Bu da dəfələrlə demişik ki, klublarda olur”.
Qurban Qurbanov, Rəşad Sadıqov, Ayxan Abbasov, Samir Abasov, Tərlan Əhmədov və Azər Bağırov kimi mütəxəssislər futbol ictimaiyyəti tərəfindən milli üçün əsas namizəd kimi göstərilir. A.Mircavadov bildirib ki, bu siyahını genişləndirmək də olar: “Bura Şahin Diniyevi də artırardım, Mahmud Qurbanovu da. Baş məşqçi olmasa da, köməkçi məşqçi kimi Mahmuddan istifadə etmək lazımdır. Sadəcə, inanmaq qalır”.
Azərbaycan millisinin sabiq çalışdırıcısı onu da deyib ki, AFFA-nın əcnəbi məşqçi seçimini başa düşə bilmir: “Əcnəbi mütəxəssis gətiriləndə mən özüm də məətəl qalıram. Belə məşqçilərə kulli miqdarda maliyyə gedir. Mənim hələ yadıma gəlmir ki, bir azərbaycanlı məşqçi təzminat tələb etsin. Bizdə başqa bir qürur, xasiyyət var. Əcnəbi məşqçi isə müqavilə bağlayanda hər detala fikir verir. Mən çox vaxt heç müqaviləni oxumamışam, elə qol çəkmişəm. Bilmirəm, mən düz edirəm, yoxsa onlar. Amma hər şey qarışılıqlı olmalıdır. Yəni yerli məşqçilərə də düzgün münasibət göstərilməlidir. Səhvlər hamıda olur, amma inanmaq şərtdir. Lap əvvəldən belədir. Həmişə də görürlər ki, bizim sözümüz düz çıxır. Hadisələr çoxdur, amma istəmirəm danışım. Çüki artıq üzərindən illər keçib”.
Ramiq Ağaməmmədov
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi