Azərbaycanın U-21 yığmasının baş məşqçisi Ayxan Abbasov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Portuqaliyaya 0:5 hesablı məğlubiyyətdən sonra müsahibə verib. QOL.az müsahibəni təqdim edir:
- Oyunun gedişatı gözlədiyiniz kimi oldu?
- Rəqibin gücü bəlli idi. Oyundan əvvəl də bildirmişdim ki, bu matçlar bizim üçün vacibdir. İlk hissədə taktiki səhv etmədik. Bəlkə də, yaranan qol epizodları zamanı daha da inamlı olmalıydıq. Çünki Portuqaliya kimi komandalarla qol epizodları az olur. Təəssüf edirəm ki, ikinci hissədə ucuz və erkən qol buraxdıq. Həmin epizodda rəqib heç nə etmədi, top bizim futbolçumuzun ayağında idi. Qoldan sonra da futbolçularımız toparlanmalı idi. Həqiqətən də mübarizə apardılar, epizodlar oldu. Uşaqların mübarizəsindən narazı deyiləm. Düzdür, hesab böyük fərqli alındı. Oyuna baxmayan bəlkə də fikirləşər ki, rahat təslim oldular. Amma məncə, rahat təslim olmadıq. Ağadadaş Salyanskinin iki epizodu, Edqar Adilxanovun yaratdığı epizod, Rüfət Abbasovun vurduğu zərbə... Portuqaliya ilə səfər görüşündə bu epizodlardan mütləq istifadə etmək lazımdır. Amma ümumilikdə yaxşı məqamlar çoxdur. Bu gün 2006 və 2007-ci il təvəllüdlü futbolçular meydançadadır. Onlar bizim gələcəyimizdir. Mən gələcəyə nikbin baxıram, ruhdan düşmək lazım deyil. Onsuz da, bizim istəyimiz bu tsikldə özümüzə yaxın rəqiblərlə xal qazanmaqdır. Xallar da qazanacağıq. İşimizə davam edirik. Əsas odur ki, oyun var. Üçüncü toplanışımız idi. İki yoxlama görüşü və bir rəsmi oyun keçirmişik. Amma bu gün Portuqaliya bizə asan qalib gəlmədi, əziyyət çəkdilər. Bu komandanın heyətində ulduzlar oynayır. Fərq odur ki, onların Superliqasında oynayan, “Porto”da, “Benfika”da, “Sportinq”də çıxış edirlər, legionerləri də var. A komandasına getmirlər, bu cür oyunlarda böyümək istəyirlər. Yeni baş məşqçi gəlib, hədəfləri var. Bizim üçün bir az çətin idi. Lakin istənilən halda, komandama inanıram. İstəyərdik ki, heyətimiz geniş olsun, futbolçularımız oynasın. Portuqaliya ilə görüşdə Rüfət Abbasov digərlərindən seçildi. Çünki Premyer Liqada stabil oynayan bir futbolçumuz var, o da Rüfətdir. Amma bunlar bəhanə olmalı deyil. Bununla mübarizə aparmalıyıq və futbolçular başa düşməlidir ki, öz klublarında əsas heyətdəki yeri uduzmamalıdırlar. Futbolçularıma da dedim, tez bir zamanda bərpa olmalıyıq. Bolqarıstanla oyunumuz var. İşimizə davam.
- Çətin olmayacaq?
- Çətin olacaq. Amma rotasiyalara baxmalıyıq. Bütün günü yolda olacağıq. Bütün komandalar üçün belədir. Bolqarıstan da oynayıb, Bakıya gələcək.
- Şahin Şahniyarovla Xəyal Əliyevi U-21 yığmasına cəlb etmək mümkün olacaq?
- O, mənim verəcəyim qərar deyil. Çox istəyərdim. Real danışaq, bu oyunlar onlara da lazımdır. Məndən çox o uşaqlara lazımdır. Oyundakı atmosferi, azarkeşi, həvəsi gördünüz. Tam başqa səviyyədir. Həqiqətən futbolçularımıza lazımdır. Bəlkə də üzdə olan oyunçularımız Portuqaliya ilə görüşdə maraq dairəsinə düşə bilərdi.
- Bununla bağlı A millinin qapısını döymək imkanınız yoxdur?
- Əgər A milliyə dəvət edilibsə... Görək də. Orada da çətindir. A millinin də üç gündən sonra oyunu var. Bizdə də oyunçularımız var. Portuqaliya ilə görüşdə meydana çıxan futbolçularımız istəkli idilər, dərhal oyuna atıldılar. Epizod var idi ki, birəbirdə canlarını qoydular. Sadəcə ucuz qollar buraxdıq. O səhvləri etməməliydik. Ona da hazırlaşmışdıq. 47-ci dəqiqədə buraxdığımız qol bizi sındırdı. Bəlkə də 10-15 dəqiqə dözə bilsəydik, sürətli hücumlarımız olacaqdı. Vaxt lazımdır. Birdən-birə bu gün Portuqaliyadan xal almaq istəyiriksə, bunun üçün vaxt lazımdır (sportal.az).
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video