"Qarabağ"la “Deloitte Azərbaycan” arasında Anlaşma Memorandumu imzalanıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ağdam təmsilçisinin Suraxanı qəsəbəsində yerləşən “Azersun Arena”dakı təlim-məşq bazasında baş tutan tədbirdə memorandumu “Qarabağ”ın prezidenti Tahir Gözel və "Deloitte" şirkətinin Azərbaycandakı ofisinin İdarəedici Partnyoru Nuran Kərimov imzalayıblar. Klubun prezidenti Kərimova “Qarabağ”ın formasını hədiyyə edib.
Bu əməkdaşlığın əsas məqsədi "Qarabağ"ın inkişafı üçün müxtəlif peşəkar xidmətlərin göstərilməsi, idarəetmə, strateji planlaşdırma və dayanıqlılıq istiqamətlərində dəstək verməkdir. İmzalanmış memorandum beynəlxalq arenada mövqeyini möhkəmləndirməyə, klubun idarəetmə təcrübələrini qlobal standartlara uyğunlaşdırmağa və gələcək inkişafına mühüm töhfə verməyə xidmət edir.
Tədbirdə çıxış edən Tahir Gözel klubun son dövrlərdəki fəaliyyətini qeyd edib: “COP29 çərçivəsində “Qarabağ” Futbol Klubu olaraq mühüm addımlar atdıq. Həmin yolun nəticələrini bölüşmək istərdim. Əvvəla, COP29 zamanı klubumuzun təşəbbüsü ilə Football Clubs Alliance for Climate təsis olundu. Bu alyans “Qarabağ”ın dəvəti və təşəbbüsü ilə, COP29 Sədrliyi və UNFCCC-nin dəstəyi, həmçinin ECA ilə birgə təşkilatçılıqla gerçəkləşdi. Alyansda “Liverpul”, “Tottenhem”, “Atlétiko Madrid”, “Real Betis”, “Fənərbaxça”, “Qalatasaray”, “Udineze”, “Porto”, “Flamenqo” və “Malmö” kimi dünya futbolunun aparıcı klubları “Qarabağ”la birlikdə iştirak etdilər. Bu klublar iqlim dəyişikliyi və dayanıqlılıq üzrə təcrübələrini bölüşdülər və birgə fəaliyyət üçün bəyannamə imzaladılar. Eyni zamanda “Qarabağ” BMT-nin “Sports for Climate Action” təşəbbüsünə rəsmi tərəfdaş qəbul olundu və bununla da regionda UNFCCC-yə üzv olan ilk futbol klubu statusunu qazandı. Bu üzvlük bizə “Race to Zero” kampaniyasına qoşulmaq imkanı yaratdı. Bu çərçivədə klubumuz aşağıdakı öhdəlikləri qəbul etdi: 2030-cu ilə qədər karbon emissiyalarını ən azı 50% azaltmaq, 2040-cı ilə qədər sıfır emissiyaya çatmaq, illik iqlim hesabatlarını ictimaiyyətə açıqlamaq, 12 ay ərzində konkret fəaliyyət planı təqdim etmək”.
"Qarabağ"ın prezidenti “Deloitte” ilə əməkdaşlığın rolunu da vurğulayıb: “Bu prosesdə beynəlxalq tərəfdaşımız “Deloitte” ilə birgə klubun iqlim strategiyası hazırlanmış, bütün kommunikasiya və sənədləşmə işləri həyata keçirildi. Növbəti addımımız isə illik ESG (Environment, Social, Governance) hesabatlarının hazırlanmasıdır. 2025-ci ildən başlayaraq klubumuz hər il bu hesabatları təqdim edəcək. Hazırda ilk ESG hesabatımız üzərində işlər gedir və çox yaxın zamanda ictimaiyyətə təqdim olunacaq. Klubumuz üçün bu təşəbbüslər həm beynəlxalq etimadın göstəricisidir, həm də gələcək nəsillərə daha sağlam və davamlı bir mühit bəxş etmək öhdəliyimizin bariz sübutudur”.
Kərimov bu əməkdaşlıq barədə fikirlərini bildirib: “Bu gün burada olmaq və Deloitte ilə “Qarabağ” Futbol Klubu arasında qurulan bu dəyərli tərəfdaşlıqdan danışmaq mənim üçün böyük qürurdur. Hər kəsə məlumdur ki, “Qarabağ” təkcə futbol meydanında qazandığı uğurlarla deyil, həm də ölkəmizi layiqincə təmsil edən, sosial məsuliyyət və dayanıqlı dəyərlərə önəm verən bir klub kimi artıq özünü sübut edib. “Qarabağ” Azərbaycan futbolunun pioneri və ilham mənbəyidir. “Deloitte”in məqsədi bu uğurlu yolun bir hissəsi olmaq, klubun gördüyü işləri daha da gücləndirmək və beynəlxalq miqyasda tanıtımını artırmaqdır. Biz dünyanın bir çox aparıcı idman qurumları – FIFA, UEFA, “Tottenhem”, “City Football Group” və Beynəlxalq Olimpiya Komitəsi ilə əməkdaşlıq edirik. Bu təcrübəmiz bizə göstərib ki, idman yalnız oyun deyil, həm də cəmiyyətlərdə müsbət dəyişikliklərin aparıcı qüvvəsidir”.
Kərimov "Qarabağ"ın prezidentinə təşəkkür edib: “COP29 zamanı başlayan əməkdaşlığımız da məhz bu ruhda davam edir. “Deloitte”in dəstəyi ilə “Qarabağ” artıq “İdman və İqlim Fəaliyyəti” təşəbbüsünün üzvü olub. Bizim rolumuz isə klubun atdığı bu addımları daha geniş platformalara daşımaq və dünyada səsini daha geniş miqyasda yaymaqdır. Cənab Tahir Gözələ xüsusi təşəkkürümü bildirmək istəyirəm. Onun vizyonu və rəhbərliyi sayəsində “Qarabağ” bu gün həm futbol meydanında, həm də dayanıqlı gələcək uğrunda mübarizədə nümunədir. Eyni zamanda “Qarabağ” komandasına da minnətdaram – sizin əzminiz və əməyiniz bu uğurları mümkün edib. Əminəm ki, bu tərəfdaşlıq sayəsində “Qarabağ”ın artıq mövcud olan liderliyi daha da möhkəmlənəcək. “Deloitte” olaraq, biz sadəcə dəstək verməyə yox, bu uğurları daha geniş auditoriyalara çatdırmağa gəlmişik”.
Tədbirin sonunda Tahir Gözel və Nuran Kərimovun iştirakı ilə mətbuat konfransı keçirilib. Onlar media nümayəndələrinin suallarını cavablandırıblar.
Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix bilindi
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
Oyun yarımçıq dayandırıldı, sabah davamı olacaq
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı