Azərbaycan millisinin baş məşqçisi Fernandu Santoş DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda İslandiyaya qarşı keçiriləcək sabahkı oyun öncəsi mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, o deyib:
– Seçmə mərhələnin ilk oyunu bizi gözləyir. Hər matç çətin keçir. Sabah səfərdə oynayacağıq. İslandiya evdə uduzmamaq üçün əlindən gələni edəcək. Rəqibi yaxşı öyrənmişik, komandanın xüsusiyyətlərini bilirik. Onlar yaxşı təşkilatlanmış, topa nəzarət edən kollektivdir. Yeni baş məşqçiləri var. Mənim futbolçularım rəqib haqda hər şeyi bilir. Çətin görüş olacaq, amma biz bura qələbə üçün gəlmişik.
– Avro-2016-da Portuqaliya ilə İslandiyanı məğlub edə bilməmişdiniz (0:0). O oyunu necə xatırlayırsınız?
– O vaxt çox güclü komanda idilər. Sonadək təslim olmadılar. Bütün oyunçuları xaricdə, güclü klublarda çıxış edirdi. Təcrübəli futbolçuları çox idi. Sabah isə biz meydanda ən yaxşı oyunumuzu göstərməliyik.
– Havanın matça təsiri necə olacaq?
– Buna görə də öncədən gəldik ki, uyğunlaşaq. Uzun səfərdən sonra futbolçulara bir gün lazım idi ki, özlərinə gəlsinlər. Komanda bərpa olundu. İndiyə qədər vaxtımız var. Yağış hər iki tərəf üçün olacaq, amma ot örtüyünün vəziyyətini bilmirəm.
– Sabah millinin kapitanı kim olacaq?
– Emin Mahmudov.
– İlk iki oyunda sizi hansı nəticə qane edər?
– İki qələbə bizi qane edər. Hamımız qələbə qazanmaq istəyirik. Çox şey danışmaq olar, amma hər şey meydanda həll olunur. Əsas odur ki, futbolçularımız mental baxımdan hazırdır, motivasiyalı və diqqətlidirlər. Onlar qələbə qazanmaq və Azərbaycan xalqını sevindirmək istəyirlər.
– Sabah futbol dünyasını təəccübləndirə biləcəksiniz?
– Tarix yazmaq istəyirik. Futbolçular bunu bilirlər və buna görə çalışırlar. Sabah yaxşı mübarizə aparıb nəticə qazanmağa çalışacağıq.
– Siz möcüzəyə inanırsınız?
– Xeyr. Möcüzəni insanlar yaradır. Çətin qrupdayıq, amma məqsədimiz maksimum xal toplamaqdır. Bizim əsas vəzifəmiz budur.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi