“Çox ağır oyun oldu. Hava şəraiti, meydançanın süni olması işimizi çətinləşdirmişdi. Lakin şükürlər olsun ki, çətin qarşılaşmadan qələbə ilə ayrıldıq”.
QOL.az saytına müsahibəsində bu sözləri “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov Misli Premyer Liqasının üçüncü turunda səfərdə “Karvan”a 2:0 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.
O, matçın keçirildiyi Şamaxı stadionunun qazonunun süni olmasının hər iki komandaya çətinlik yaratdığını bildirib: “Əlbəttə, süni qazonda, özü də isti havada mübarizə aparmaq çox çətindir. Söhbət təkcə “Qarabağ”dan getmir. Bu, istənilən kollektivə çətinlik yaradır. Rəqib komandada dostlarım var. Söhbətimiz zamanı onlar da süni qazonda oynamağın çətinliyini qeyd etdilər”.
30 yaşlı futbolçu Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərdən də söz açıb: “Oyunlar çox ağır olacaq. Rəqiblərimiz çox güclüdür. Hansısa birini fərqləndirmək olmur. Hər rəqib güclüdür. Bununla belə, inanıram ki, ÇL-də ən yaxşısını edəcəyik. Hər komanda ilə başabaş oynaya bilərik. “Bayer”ə qarşı istər Bakıda, istər Leverkuzendə necə mübarizə apardığımızı yəqin ki, xatırlayırsınız. Həmin görüşlərdə qələbəyə layiq idik. İndi də başımızı aşağı salmırıq. Daim irəli gedirik”.
A.Hüseynov milli komandamızın qarşıdakı matçlarına da toxunub: “Milliyə dəvət aldığım üçün sevinirəm. Ümumilikdə “Qarabağ”dan milliyə 7 futbolçu çağırılıb. Baş məşqçi bizə inanır. Çox istərdim ki, qarşıdakı matçlarda qələbə qazanaq və xalqımızı sevindirək. İnanıram ki, səfərdə İslandiyaya qarşı yaxşı oyun nümayiş etdirəcəyik və vətənə uğurlu nəticə ilə qayıdacağıq”.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi