"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 3-cü turunda "Turan Tovuz"a 0:1 hesabı ilə uduzduqları oyundan danışıb.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Komandanız niyə qol vura bilmir?
- Fürsətlər var idi. Son oyunlarda bəxtimiz gətirmir. Son iki oyunlara baxsaq, bu gün fərqli "Neftçi"ni gördük. Çox dinamik və ritmli komanda var idi. İlk saniyələrdən görünürdü ki, oyunçular qələbə qazanmaq üçün çıxıblar. Qol buraxandan sonra da sona kimi təzyiq etdik. Futbolçular qol vurmağa meyilli idilər. İkinci hissədə "qırmızı" aldıqdan sonra planlar pozuldu. Amma burda da müdafiəçilərimiz çox soyuqqanlı iş gördülər. Deyə bilərik ki, qapımızda epizod görmədən uduzduq. Futbolçulara meydandakı istəyə və sürətə görə minnətdaram. Tələskənlikdən irəli gələn səhvlər oldu. Amma bu gün gördüm ki, yaxşı işlər görməyə qadirik.
- Erkən qol planlarınızı nə qədər pozdu? Qapıçı səhvə görə hansısa cəza gözləyir?
- Demək olar ki, ümumən rəqibə çox fürsət vermirdik. Reallıqdır ki, qapıçının səhvi oldu. Amma buna görə onu silməyəcəyik. Digər oyunçuların da səhvləri olur. İnanıram ki, Kenan digər çempionatlarda göstərdiyi kimi, bizdə də yaxşı çıxış edəcək. Bu gün onu cəzalandırmaq mövzusu yoxdur.
- Kenan Piriç "Şamaxı" ilə oyunda da səhv buraxmışdı. Düşünmürsünüz ki, gələcəkdə problemlər yaradacaq?
- Bunu düşünmürük. Hansısa oyunçunun üzərində durmaq istəmirəm. Hamının səhvi ola bilər. Günahı onun üzərinə atmaq komanda işi deyil. Biz onu qorumalıyıq. Bu gün Türkiyə Superliqasında oyunçu gətirmək asan deyil. Amma bunu bacardıq. Orda buraxdıqları qolların səbəbi ümumi komandanın çıxışı da ola bilər. Lakin bu gün onun üzərində durmaq istəmirəm.
- Hazırda nəyi daha çox istəyirsiniz: baxımlı oyunu görmək, yoxsa yaxşı nəticəni?
- Bugünkü oyun bizim üçün siqnal və ümiddir. Bəhanə deyil. Birinci hissədə oynamış oyunçuların performansında əskikliyi var. Bu komanda çox yaxşı işlər görəcək. Yetərincə çox yaxşı futbolçular var, bunu bacaracaqlar. Sadəcə xal itirdikdən sonra nələr etdik, mənim üçün çətin olur demək. Komandama inanıram.
- Qırmızı epizod və Sambunun epizodları nəzərə alsaq, Əliyar Ağayev işinin öhdəsindən gəldi?
- Onun hansı səviyyədə hakim olması hamıya bəllidir. Bu gün oyunda hakimlərdən narazı qaldım. Penalti epizodunu indi izah edə bilmirəm. Rəqibə ikinci sarı vərəqə vermək olar. Məncə, bir tərəfə daha çox simpatiya edirlər. Heç xoşuma gəlmədi. Bizim əsəblərimizlə oynadılar. Qırmızı vərəqəyə gəldikdə, rəqib provokasiya etdi, amma Ribeyronun ixtiyarı yoxdur ki, provokasiyaya cavab versin. Onu da baxıb incələmək lazımdır. Əliyar orada gördüsə, qırmızı vərəqə qərarı verdisə, onun yanındayam, dəstəkləyirəm, inanıram. Mən digər məsələləri deyirəm. Biz özümüzü ev komandası kimi hiss etmədik. Dəhşətdir.
- "Neftçi" xallar itirməyə davam edir. Qorxmursunuz ki, bu, istefanıza səbəb ola bilər?
- Ola bilər. Futboldur.
- "Qarabağ"ı təbrik etməməkdə sizi qınayırlar...Azarkeşlər də sizi qınayırlar ki, niyə Samir bəy "Qarabağ"ı təbrik etməyib...
- Təbrik etsəm, "Qarabağ"ın rəqibi kimi digər azarkeşlər də qınayarlar ki, niyə rəqibi təbrik edirsən? Nəysə... Bütün məşqçilər təbrik edib? Klublar yox, məşqçiyə sual verirsinizsə, bütün məşqçilərdən danışın. Təbrik edən məşqçilərin qrupunda mən yoxam, onlardan xəbərim yoxdur. Mən "Qarabağ"ı təbrik edirəm.
- "Turan Tovuz" əvvəlki rəqiblərə nisbətən hücum futbolu oynayan komandadır. Məşqçi taktiki sxemi düzgün vermir, ya da futbolçuların səviyyəsi o deyil ki, qələbə qazana bilmirsiniz?
- Məşqçi taktikası ilə bağlı cavab vermirəm. Şəxsi fikirdir. Hörmətlə yanaşıram. İkinci məsələni qəbul etmirəm. Futbolçularımın səviyyəsi haqda cavab vermərəm. İmkan vermərəm ki, danışsınlar. Yaxşı səviyyədədirlər. Bu gün eyni ssenari davam edirdi.
- Niyə komanda asmalar etmir? "İmişli" ilə görüşdə ilk asmanı 56-cı, bu gün isə 45+1-ci dəqiqədə etdiniz...
- Sako yüksək səviyyədə oynadı. Oyun üslubu var. Bu gün nəzərə alırıq ki, "Turan Tovuz"un üç o boyda müdafiəçiləri var, başla oynayırlar. Rəqibdə 1.50-lik müdafiəçiləri də olsaydı, bizim oyun üslubumuz tamam başqadır. Bu gün məşqlərdə bir şeyi tələb edirsənsə, oyunda başqa şey tələb etmək futbolçunu da yolundan çıxarır. Bu, sırf oyun üslubundan irəli gələn bir şeydir.
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video
Montelladan məğlubiyyət şərhi
Braziliyanın Haitiyə vurduğu 3 qol - Video
Canlı yayımda ağladı, təsirli çıxış etdi - Video
Çalhanoğlu üzr istədi
Türkiyəyə qol vurdu, ən yaxşı seçildi
Türkiyə istədi, bayraq yerə qoyulmadı
Seneqal millisində böhran
ABŞ millisindən son 96 ilin ən yaxşı nəticəsi
Ardıcıl ikinci dəfə matçın ən yaxşısı seçildi
Şotlandiya - Mərakeş: Heyətlər açıqlandı
ABŞ millisi ardıcıl ikinci qələbə ilə "pley-off"da
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi