“Qarabağ” və “Fənərbaxça”nın nəticələri gözlənilən idi. Yəni “Qarabağ”ın uğuru, “Fənərbaxça”nın uğursuzluğu futbolu yaxından izləyənlər üçün sürpriz deyil. Çünki “Qarabağ” Qurban Qurbanovla ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsinə qatılır”.
Bu sözləri QOL.az-a açıqlamasında türkiyəli mütəxəssis Naci Şensoy deyib.
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-offunda “Ferensvaroş”u (Macarıstan) mübarizədən kənarlaşdıraraq (3:1, 2:3) Liqa mərhələsinə yüksəlməsindən danışan “Turan”ın sabiq baş məşqçisi Ağdam təmsilçisini eyni uğuru əldə edə bilməyən Türkiyə “Fənərbaxça”sı ilə müqayisə edib: “Qarabağ”ın bu uğuru klub rəhbərliyinin və Qurban Qurbanovun eyni baxışda olmasından, möhtəşəm bir işbirliyindən qaynaqlanır. Maliyyə baxımından rentabelliyi çox yaxşı tətbiq edirlər. Minimum investisiyalarla maksimumu əldə etməyi bilirlər.

“Fənərbaxça”da isə təəssüf ki, bunun əksi edilir. Hər iki komandanın maçlarını izlədim. “Ferensvaroş” turu ilk maçta uduzdu. Bakıdakı cavab matçında yuxudan oyansalar da, qələbə onlar üçün gec oldu. Bu, Pirr qələbəsi (məğlubiyyətə bərabər qələbə - red.) idi. Məncə, “Ferensvaroş” “Qarabağ”dan bir az daha güclü komandadır. Amma “Qarabağ”a əsasən ilk maçta bir balaca yuxarıdan baxdılar. İlk qolu vurduqdan sonra isə düşündülər ki, biz bu komandanı asanlıqda keçərik. Amma “Qarabağ”ın əks hücumlarda Andrade və Zubir kimi möhtəşəm oyunçuları olduğunu hesablaya bilmədilər. Cavab oyununda “Ferensvaroş” əsl gücünü göstərdi və “Qarabağ”a çox çətin anlar yaşatdı. Amma dediyim kimi, hər şey ilk maçta həll olunmuşdu. Bu uğura görə həm “Qarabağ” rəhbərliyini, həm də dostum Qurbanı təbrik edirəm və Çempionlar Liqasında uğurlar arzulayıram”.
“Fənərbaxça”nın ötən gecə “Benfika”ya uduzaraq (0:1) (ilk oyun – 0:0) ÇL-də mübarizəni dayandırmasından da danışan mütəxəssis İstanbul klubunda işlərin düzgün qurulmadığını bildirib: “Fənərbaxça” ilə bağlı onu deyə bilərəm ki, çox pulu olan bir klub rəhbəri və dünyanın titullu və tanınan məşqçilərindən Joze Mourinyo işbirliyi təəssüf ki, nəticə vermir. Verməz də. Çünki pul çox şeydir, amma her şey deyil. Sadəcə bir Taliskanın dəyəri 45 milyon avro oldu. Bu pul bəlkə də “Qarabağ”ın iki illik büdcəsidir. Mourinyoya gəlincə, bəli, əvvəllər “avtobus park etmə”, yəni güclü müdafiə futbolu fəlsəfəsi keçərli idi və böyük uğurlar əldə etmişdi. Amma artıq futbol çox dəyişib. İndi futbol basketbol səviyyəsində sürətli oynanılır.

Ulduz futbolçuları olan komandalar deyil, “ulduz komanda” yaradanlar uğurlu olur. İndi sürətli oyunçuları olan və hər iki cinahda keçidləri düzgün bacaran komandalar qələbə qazanır. “Qarabağ” bu səbəbdən uğur əldə edir. Qurban Qurbanovun seçdiyi oyunçu modelləri günümüzün futboluna çox uyğundur. Mourinyonun istəyi ilə alınan yüksək gəlirli və oyunçu profilləri yanlış olan futbolçularla komanda olmur. Unutmayın, futbolda qolu fərdi oyunçu yox, komanda vurur. Yəni sənin oynamış olduğun kollektiv futbol sonda qolunu vurur”.
N.Şensoy Çempionlar Liqasının Liqa mərhələsində çıxış edəcək üç türk komandası – “Qalatasaray” (Türkiyə), “Qarabağ” və “Kayrat”dan (Qazaxıstan) gözləntilərini də bölüşüb:
"Hamamı görən tərləyər" deyirlər. Bilirsiniz ki, Çempionlar Liqasına qatılmaq nə qədər çətin olsa da, orada mübarizə aparmaq daha da çətindir. Çünki mütləq iki və ya üç güclü komanda olur. Bu da işi daha da çətinləşdirir. “Kayrat”ın oyunlarını izləyə bilmədim. Ona görə də bu haqda çox danışa bilməyəcəm. İndidən deyə bilərəm ki, ”Qarabağ” bəlkə də qrupdan çıxa bilməyəcək, amma bu komandanı ciddiyə almayanın işi çətin olacaq.
“Qalatasaray”a gəlincə, üç il ard-arda çempion oldu, bu faktdır. Amma keçən il Çempionlar Liqasına qatıla bilmədi və bu da uğursuzluq kimi qiymətləndirildi. Artıq məqsəd təkcə turnirə qatılmaq deyil, Avropada da uğur qazanmaqdır. Bu səbəbdən rəhbərlik Viktor Osimhen kimi bir hücumçu üçün 75 milyon avro pul verdi. Leroy Sané kimi özünü sübut etmiş futbolçular transfer olundu. Bu baxımdan düşünürəm ki, əgər “Qalatasaray” Çempionlar Liqasında daha bir mərhələ keçsə, bu uğur sayılacaq. Əks halda bütün bu xərclənən pullara dəyməz”.
Ramiq Ağaməmmədov
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi