“Ferentsvaroş” UEFA Çempionlar Liqası pley-off mərhələsində “Qarabağ”a uduzaraq mübarizəni dayandırıb.
QOL.az xəbər verir ki, Macarıstan təmsilçisinin baş məşqçisi Robbi Kin matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İlk oyundan sonra Bakıdakı matç haqda iddialı danışmışdız. Lakin mərhələni keçə bilmədiz. Maraqlıdır, bu cür danışmaq sizin stilinzidir, yoxsa Bakıda qalib gələcəyinizə inanırdınız?
- Xatırlamıram ki, udacam demişəm. Dedim ki, qalib gələcəyimizə inanıram. Fərq var. Qalib gələcəyimizi desəydim, qürurlu olardı. “Qarabağ” güclü komandadır, bilirdim ki, çətin olacaq. Amma futbolçularıma inanırdım. Biz bir qolla uduzduq. Çox çətin oyun oldu. “Qarabağ”ı təbrik edirəm. Biz yaxşı komandaya uduzduq. Yaxşı imkanlarımız oldu. Hədəfə doğru irəliləyirdik. Amma təəssüf ki, istədiyimiz kimi alınmadı.
- Özünüzü necə hiss edirsiz?
- Başa düşürük ki, yaxşı vəziyyət deyil. Uduzmağı sevmirəm. Baş məşqçi olaraq uduzmaq mənim üçün ağırdır. Emosiyalarım normaldır. Bir oyun bitdi. Oyunçular hər şeyi etdilər. Həvəsli idilər. Mübarizə aparmaq, qalib gəlmək lazımdır. Bəzi hallarda uduzursan, bəzən qalib gəlirsən. İdmandır. Eyni zamanda, biz çox axmaq qollar buraxdıq. Onları analiz edəcəyik. Rəqibə hədiyyələr də verdik.
- Bu uğuruzluğa görə, Kadinin əlinizdən çıxmasına görə təəssüfləndiz?
- Kadi yaxşı oyunçudur, yaxşı pressinq edir. Onunla çox vaxt keçirməmişəm. Bəlkə də 2 həftə birlikdə olduq. Bizim də yaxşı oyunçularımız var. Aleks Toot xəstələnmişdi. Kadi də yaxşı futbolçudur, yaxşı insandır. Ona uğurlar arzulayıram.
- Hər qol vuranda rəqibə qarşı emosional, xoşagəlməz hərəkətlər edirdiniz. Düşünmürdünüz ki, rəqibi qıcıqlandırırsız?
- Ciddi soruşuram, nəyə görə belə soruşursuz? Əlbəttə, emosional olmalıyam. Siz qol vuranda qeyd edirdiz də, hər kəs skamyadan çıxırdı. Sizin baş məşqçiniz qolları qeyd etmirdi? Baş məşqçi robot olmalıdır? Emosiyalarımız olacaq. Penalti də oldu. O qədər emosional reaksiya vermədim. Ondan sonra dedim ki, davam edin. Bu cür suallarda ehtiyatlı olmaq lazımdır.
- Baş məşqçilər dəyişir, Stanislav Çerçesov gedir, Robbi Kin gəlir, amma nəticədə fərq yoxdur. Sizə elə gəlmir ki, “Ferentsvaroş”un “Qarabağ” lənəti var?
- Səhv etmirəmsə, ikinci dəfədir uduzuruq. Robbi Kin də, digər məşqçi də olanda bəlkə uduzmuşuq. Bu sadəcə baş məşqçi ilə əlaqəli deyil, kollektiv oyundur. Bunu sorğulaya bilmərəm. Üzülürəm ki, uduzduq. Futbolçularım adına da narahatam. Amma fikirləşirik ki, biz diqqətimizi Avropa Liqasına yönəldəcəyik.
- Bu “Qarabağ” Çempionlar Liqasında hansı nailiyyətə imza ata bilər?
- Məni çox da maraqlandırmır. Həqiqətən məni maraqlandırmır. Səmimi danışım. Mən onlara uğurlar arzulayıram. Artıq “Qarabağ”ın sonrakı oyunları məni maraqlandırmır. Öz komandama fokuslanacam.
- Sakit başla analiz etsəz, böyük karyerası olan Robbi Kinin kiçik futbol ölkəsi olan Azərbaycan klubuna uduzmasını necə şərh etmək olar?
- Bunun karyeramla əlaqəsi yoxdur. Mən əvvəl futbolçu olmuşam. Karyeram vacib deyil. Robbi Kini yaddan çıxarmaq lazımdır. Bu, artıq mənim yox, komanda işidir. Millidən neçə oyunçunuz var? Bunlar hamısı oyunçularla bağlıdır. Xarici oyunçularınız var. Millidə oynayanlar çox yoxdur ki, “Qarabağ”da. Amma bizdə Macarıstan millisində oynayan 6 oyunçu var. Sizdə 3 oyunçu var idi. 7-8 oyunçu isə xaricilər idi. Bir çox hallarda 5-6 macar futbolçu komandada olur. “Qarabağ” fərqli məsələdir. “Qarabağ”ı Azərbaycan olaraq nəzərə almayaq. Burada xaricilər var. ("Qafqazinfo")
Millinin oyunçusu sıradan çıxdı
"Bavariya" "Nyukasl"ın hücumçusuna göz dikdi
"Bütün üstünlüyü rəqibə verdik" - Yevgeni Kukseviç
Azərbaycan millisi Qazaxıstana uduzdu
"Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxır
Rəhim Həsənov hakimin səhv etdiyini açıqladı - Video
Klub prezidenti azarkeşləri qınadı
Mbappe "Bavariya" ilə matça hazırlaşır
Çempionlar Liqasında ən çox qol vuranlardan oldu
2-ci liqa: “Göygöl”, “Ağdaş” və “Şirvan”dan qələbə
Koxalski Salyanın kəndinə səfər etdi - Video
"Turan Tovuz"un kapitanı üçün 100-cü oyun
Premyer Liqa klubları onu hədəfə aldı
Azərbaycan gimnastları dünya kubokunda "qızıl" qazandılar
PSJ-də yeni bonus sistemi
Bu ölkə legioner limitini dəyişir
"Bu vəziyyətdən çıxacağıq" - Elvin Cəfərquliyev
ÇL: Nəhənglərin duellərinə hakim təyinatları açıqlandı
Futbolçu silahlı hücumda öldürüldü
Qara Qarayevdən məşqçilik yolunda daha bir addım - Şəkil
Mourinyo "Tottenhem"i ağ yuyub, qara sərdi
Cek Uilşer məşqçi kimi ilk kubokunu qazandı
“Kəpəz”in yubileyi uğursuz oldu
Ozobiç bu qolla futbol tariximizə düşdü
Son 16 mövsümündə ilk
“Azərlotereya” vergi ödəyiciləri siyahısında ilk sıralarda
"Tovuzda komandaya güclü dəstək var" - Xorxe Silva
İngiltərədən rekordla gedir
Nərimanın komandası öz meydanında xal itirdi
Tofiq Əliyev yenə səhnədə! Möhtəşəm çıxış - Video
7 qol vuruldu, "İnter" qalib gəldi - Video
"Qalatasaray" öz meydanında xal itirdi
Azərbaycanlı futbolçu oynadı, komandası məğlub oldu
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video