Azərbaycan təmsilçisi "Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinə adlayıb.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisi pley-off mərhələsinin "Ferensvaroş"la Bakıdakı cavab görüşündə 2:3 hesabı ilə uduzsa da, ilk oyundakı 3:1 hesablı qələbəsi sayəsində əsas mərhələyə yüksəlib.
Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov qarşılamadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularımı təbrik edirəm. Çox gərgin oyunla, böyük məsuliyyətlə şükür Allaha Çempionlar Liqasının əsas mərhələsinə düşə bildilər. Hər birini yenidən daha böyük futbolu görmək, daha böyük oyunları görmək üçün təbrik edirəm. Cənab prezident də bizi rəsmi təbrik edib. Mən də onu təbrik etmək istəyirəm. Neçə ildir bizim kimi o da Azərbaycanın “Qarabağ”ını burda, belə bir böyük turnirdə görmək istəyirdi.. Başda cənab prezident olmaqla, bütün ailəsini təbrik edirəm. Həqiqətən bir daha bu da göstərdi ki, gözü bizim üzərimizdədir. Məsuliyyətimiz daha da artdı. Futbolçularıma da qayıdıram. Özünüz də gördünüz ki, gərgin matç oldu. Bu da gərginlikdən irəli gələn durum idi. Əvvəlki vaxtlar da olmuşdu, bu gün stadionumuz tam başqa idi. Bəlkə çoxdan bu cür atmosfer görməmişdim. Biz nə qədər gərgin idiksə, onlar da belə idi. Onlara təşəkkür edirəm. Bəlkə də bu nəticəni ən çox haqq edən onlar idi. Belə qalibiyyəti istəyirdilər. Sizlərə təşəkkür edirəm. İllərdir, həm yaxşı yazılarınızla, həm bizim yanımızda olmaqla, kollektivin, ailənin üzvüsünüz.
- Rəqibin qıcıqlandırıcı açıqlamaları var idi. Siz, oyundan öncə futbolçularınıza nə dediniz?
- Kartlarım həmişə açıqdır .Fikirlərim hansı yöndə gedirdisə, mətbuat konfransında demişdim. Daha çox soyquqanlı davranmalı olduğumuzu, rəqibin qıcıqlandırıcı müsahibələrinə fikir verməməli olduqlarını demişdim. Bunu düşünərək, işimizi qursaq, uğur əldə edə bilmərik. Belə böyük oyunlar soyuqqanlılıq tələb edir. İstək çox olsa, futbolçular "yana" bilərlər. Daha çox cəsarət, ağıl tələb etmişəm. Həm cəsarətli, həm ağıllı olmaq daim vacibdir. İstənilən nəticədə oyundan qopmalı deyildik.
- Bəlkə də yeri deyil, tələsik sualdır. Liqa mərhələsində hansı stadionda oynayacaqsınız?
- Düzünü desəm, hələ belə qərar verilməyib. Bəlkə, məni aşan məsələdir. Ola bilər ki, hamı bu işdə iştirak etməlidir. ÇL-in çox ciddi tələbləri var, həm ot örtüyü, həm də əlavə lazım olan detallar. Əgər BOS-da oynamaq...Oradakı durumu bilmirəm. Qalan şeylər qaydasındadır. Sadəcə orada son vaxtlar tədbirlər olub. Həm AFFA, həm digər qurumlar tərəfindən təklif olarsa, orada oynamağa hazırıq.
- "Qarabağ" tarixində ikinci dəfə ən şirin məğlubiyyəti aldı. 8 ildən bu tərəfə nə dəyişdi?
- İldən-ilə hər şey dəyişir, futbol da dəyişir. Sadəcə 8 ildən sonra o turnirə qatılmaq... Futbolun dəyişən tərəflərini xırdalasam, bizim üçün böyük problemlər ola bilər. Bəzən xarakter, bəzən birlik belə uğur əldə etməyə gətirib çıxarır. Öz həyatımızda nə dəyişirsə, işdə, geridə qalan illərdə o dəyişiklik olur.
- Bu məğlubiyyət sizin üçün gözlənilirdi? Bu gün olması daha yaxşı idi, nəinki növbəti matçlarda? Komanda ilə ayrıca söhbət edəcəksiniz?
- Mən bəlkə bu cür oyunlara fərqli yanaşıram. Oyunlar olub, uduzmuşuq, amma şərəfli uduzmuşuq. "Ferentsvaroş" da çox bərk komanda idi. Bu gün burada qalib də gələ bilərdi. Sadəcə onlar bu gün bu qələbəni haqq edirdilər. Onlar ÇL-də oynamağa haqq edirdilər. Öz futbolçularıma irad bildirməyəcəm. Geridə qalan günlərdə, son 3 gündə onların yanında idim. Hansı hisslər keçirdiklərini gözəl bilirdim. Oyun yaxınlaşdıqca gərginlik çoxalırdı. Mənim özümdə gərginlik var idi. Futbolçular bunu bəlkə hiss edirdilər. Özümü tam rahat, soyuqqanlı apara bilmirdim. Yəqin hiss edirdilər. Onları təbrik edirəm, bağrıma basdım. Sabah bazada bir daha bağrıma basacam.
- 2017-ci ildə ÇL-ə düşəndə "Qarabağ" 3 transfer gətirmişdi. Bu dəfə kimlərisə icarəyə götürəcəksiz?
- Futbolçularımızın sayını çoxaltmaq istəyirik. Xüsusilə də, hücum xəttində. Hər gün işimizin çox hissəsini transfer məsələsinə ayırmışıq. Transfer xətrinə transfer istəmirdik. İstədiklərimiz alınmasa, ən azından siz deyən varianta gedərik ki, ölkə daxilində problemlərimiz olmasın. Yükləmələrimiz çoxalacaq. Bu gün bu hiss olunurdu. ÇL-də 5 oyun oynamaq çox böyük yükləmədir. Həm fiziki, həm də psixoloji tərəfdən. Get-gedə çoxalacaq. Allah qorusun, zədəsi var. Futbolçu sayı lazım olacaq ki, hər iki turnirdə sağlam oyunçuları əlimizdə saxlayaq. Olsa, edəcəyik, olmasa bu futbolçularla davam edəcəyik. Ancaq çox ciddi iş gedir.
- "Braqa" ilə oyundan sonra sual vermişdim ki, sizin göz yaşlarınızı görmək üçün hansı uğur lazımdır? Bu gün o sevinc göz yaşlarınız növbət dəfə o sevinc göz yaşlarını görmək üçün hansı anları görmək lazımdır?
- Hardan gördünüz ki? Gizlədirdim axı. Özümü saxlayırdım. Təki, belə sevinc göz yaşları olsun. Emosiyalardan irəli gələn bir şeydir. Hər bir halda, çalışmalıyıq ki, bu uğurla dayanmayaq. Daha yeni uğurlar əldə etməyə. Bunun üçün daha çox iş saatı lazım gələcək. Yorulmamışıq, gücümüz var. Daha çox çalışmalıyıq. Göz yaşları adi çempionat oyununda ola bilər. Mən özüm istəmirəm ki, belə hal olsun, göz yaşlarım olsun. Amma qaçılmazdır. Dünya futbolunda da olan maraqlı hadisədir. Görək də.
- Emmanuel Addai sanki zəif idi. Artıq çəki də hiss olunurdu...
- Gəlin, bu gün heç bir futbolçunu müzakirə etməyək. Bu gün mənə sərbəstlik verin. Addai pis çıxmadı. Gərginlik yaratdı. 15-20 dqəqiqə meydanda idi. Çəkisi də normaldır. Belə oyunlarda sonradan meydana çıxmaq heç də asan deyil. Bu gün heç bir futbolçu haqda irad bildirmək istəmirəm. Hamısının bugünkü uğurda çox böyük payı var.
- Bu cür qələbəni siz necə qeyd edəcəksiniz?
- Mənim rayondan qardaşlarım gəlib. Bəlkə də harada oturacaqlarını yazıblar. Ora gedəcəyəm (gülür). Musa müəllim aşağıya düşdü. Aşağıda məni qucaqldı. Böyük qardaşlarımın yanına gedəcəyəm, onları qucaqlayacam.
- U-19 komandanız da ÇL-də iştirak edəcək. Planlarlar müzakirə olunacaq?
- Lazım olsa, Aftandil müəllim, ya baş məşqçi dialoq aparsa, fikir bildirə bilərəm. Amma məncə, ehtiyac yoxdur. Belə oyunlarda sərbəstlik daha önəmli olur. Klub və mən onların yanında olmağa çalışacağıq.
- ÇL-də konkret hədəf nə olacaq?
- Qrupdakı hədəf haqda düşünməmişdim. Hədəf ora düşmək idi. Püşk atılsın, sonra fikir bildirərik. Bu cür oyunlar ölkə futboluna inamı daha da çoxalır. Futbolçular daha da böyüyür. Çox böyük təcrübədir. Hər bir futbolçunun arzusudur ki, ən böyük turnirdə iştirak etsin. Ən azından 3-4 böyük klub olacaq, onların 1-2-ni Bakıda görəcəklər. Bu da futbolun sevilməsi üçün böyük addımdır. Həm AFFA, həm klublar, həm dövlət səviyyəsində futbola ola bilər ki, futbola daha da böyük maraq olsun. Bunu hamının canlı görməsi bizim işimizə rahatçılıq gətirir. ÇL-ə kənardan TV-dən baxırıq. Amma böyük insanlar, böyük işlər görəndə, fərqli olur.
- Bir neçə ay əvvəl düşərgəsində olduğunuz, həm də azarkeşi olduğunuz "Barselona" ilə qarşılaşmağı necə təsəvvür edirsiz?
- Bilmirəm. Amma hər şey ola bilər. Mənim üçün böyük təhlükə olardı, "Barselona" ilə olar. Amma sizlər və azarkeşlərə görə sevinərəm ki, onlar Bakıda olacaq. (sportal.az)
AFFA prezidentindən də “Qarabağ”a təbrik
Prezident “Qarabağ”ı təbrik etdi
Qurban Qurbanovdan Çempionlar Liqası şərhi
Püşkatma nə vaxtdır? - “Qarabağ” üçün 8 rəqib
"Qarabağ" Çempionlar Liqasında!
“Araz-Naxçıvan” ÇL-ə böyükhesablı qələbə ilə başladı
"Mançester Yunayted"in futbolçusu "Çelsi"yə keçəcək
İtaliya millisinin sabiq müdafiəçisi karyerasını bitirdi
"Qarabağ" "Ferensvaroş"la oyuna bu heyətlə çıxır
Millimizin qapıçısı karyerasını Kosovoda davam etdirəcək
İslandiya millisinin Azərbaycana qarşı heyəti açıqlandı
İngiltərədən "Borussiya"ya
"Real"ın futbolçusu "Marsel"ə keçir
"Liverpul"un sabiq futbolçusu aşağı liqa klubunda
Nihat Kahvecidən "Qarabağ"la bağlı nikbin açıqlama - Video
"Beşiktaş" ciddi itki ilə üzləşdi
Çempionlar Liqasının yeni topu təqdim olundu - Şəkillər
İtaliya millisinin sabiq üzvü karyerasını başa vurdu
"Çelsi"nin müdafiəçisi "Borussiya"da - Rəsmi
AFFA "Karvan" və "Araz-Naxçıvan"ı cərimələdi
"Azərbaycan millisində oynamağa tərəddüd edirdim"
Santuş millinin heyətini nə vaxt açıqlayacaq?
“Kayrat”dan “Qarabağ”a dəstək - Video
"Yuventus"un futbolçusu Braziliya klubuna keçdi
"Qarabağ"la oyun haqda iddialı danışdı
Nərimanı qorumaq vaxtı...
Aleksey İsayev: "Qurban Qurbanov insanlıq nümunəsidir"
"Kayrat"ın uğuru Qazaxıstanda belə qeyd olundu - Video
“Kayrat”dan tarixi zəfər - Çempionlar Liqası
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Yuventus" onu satmaq istəyir
Dembele Messinin təsirindən danışdı
"Qarabağ" yeni transferini rəsmən açıqladı
"Mən məğlub olmağı sevmirəm" - Robbi Kin
"Bakıya qələbə üçün gəlmişik" - "Ferensvaroş"un futbolçusu
"Nike" "Barselona"ya görə narazıdır
"Real"ın sabiq kapitanı rəsmən "Bayer"də
"Yuventus" onu satmağa hazırdır
"İnter"in müdafiəçisi "Santos"a keçir
Flik ilin ən yaxşısı seçildi
Pikkoli "Fiorentina"ya keçdi