ÇL-in finalını idarə etmişdi - "Qarabağ"ın oyununa təyinat aldı

ÇL-in finalını idarə etmişdi - "Qarabağ"ın oyununa təyinat aldı
ÇEMPİONLAR LİQASI 25 Avqust 2025 / 12:19 4857
-  A +

"Qarabağ"ın Çempionlar Liqasının pey-off mərhələsində "Ferensvaroş"la cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

QOL.az xəbər verir ki, görüş Fransadan olan hakimlər briqadasına tapşırılıb.

Matçı məşhur FİFA referisi Kleman Tyurpen idarə edəcək. Ona yan xətt hakimləri qismində Nikolya Danos və Aleksis Auqer köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Romen Lissorq yerinə yetirəcək.

VAR Jerom Brizara, AVAR Nicolya Renvilə həvalə olunub.

Qeyd edək ki, baş hakim Kleman Tyurpen 2022-ci ildə Çempionlar Liqasının ("Liverpul" - "Real"), 2021-сi ildə isə Avropa Liqasının ("Vilyareal" - "Mançester Yunayted") final oyununu idarə edib.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Ferensvaroş” oyunu avqustun 27-si yerli vaxtla saat 20:45-də başlanacaq. Bu komandalar arasında ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Daha çox


Son xəbərlər