Azərbaycan çempionu "Qarabağ" tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının Liqa mərhələsində (keçmiş adı və formatı qrup mərhələsi) oynamağa yaxındır.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisi artıq ÇL-in pley-off mərhələsinə vəsiqə qazanıb. Orada "Kəhər atlar" Macarıstanın ən köklü komandalarından "yaşıl qartallar" deyə də çağırılan Budapeşt "Ferensvaroş"u ilə qarşılaşacaq. 126 yaşlı bu klub 36 dəfə ölkəsinin çempionu olub. Komandalar arasında ilk görüş avqustun 19-da Budapeştdə, cavab oyunu avqustun 27-si Bakıda keçiriləcək.
Xatırladaq ki, "Qarabağ" “Ferensvaroş”la artıq bir dəfə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlib. 2022-ci ildə Qurban Qurbanovun komandası evdə 1:1 hesabı ilə heç-heçə etdiyi "Ferensvaroş"a Macarıstanda 3:1 hesabı ilə qalib gələrək pley-off-a yüksəlib.
"Qarabağ" ÇL-in qrup mərhələsində ilk və hələlik sonuncu dəfə 2017-18 mövsümündə çıxış edib. Daha sonra komanda 2 dəfə (2022 və 2024-cü illərdə) ÇL-də əsas mərhələyə düşməyə yaxın olsa da, müvafiq olaraq "Viktoriya" (Çexiya) və "Dinamo"ya (Zaqreb, Xorvatiya) uduzaraq pley-off-da mübarizəni dayandırıb.

"Atletiko" - "Qarabağ" matçından (1:1) bir an... Miçel Madriddə hesabı açır
ÇL-in Liqa mərhələsində kimlər var: PSJ, "Barselona", "Liverpul"...
2025/26 mövsümü Çempionlar Liqasının Liqa mərhələsi 36 komandanın iştirakı ilə keçiriləcək. Maraqlıdır ki, yarışın finalı "Ferensvaroş"un ev oyunlarını keçirdiyi "Ferens Puşkaş" adına stadionda olacaq (30 may, 2026-cı il).
Hər komanda Liqa mərhələsində 8 fərqli rəqiblə bir matç keçirəcək (4-ü evdə, 4-ü səfərdə). Yekunda 1-8-ci yeri tutanlar 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə (şərti olaraq 1/16 final) vəsiqə qazanacaq. Bu cütün qalibləri 1/8-i təmin etmiş 8 komandaya rəqib olacaqlar.
Qeyd edək ki, 2024/25 mövsümü yekunlaşandan sonra artıq 29 komanda ÇL-in əsas mərhələsində iştirak etmək hüququ qazanıb. Daha yeddi iştirakçı isə avqustda başa çatacaq pley-off raundundan sonra Liqa mərhələsinə vəsiqə əldə edəcək. Yarışda ən çox iştirakçı (6 komanda) ilə İngiltərə Premyer Liqası təmsil olunacaq.
Bəs, "Ferensvaroş" - "Qarabağ" cütünün qalibini ÇL-in liqa mərhələsində hansı nəhəng komandalar gözləyir?
Gəlin, bu adlara nəzər salaq:
İngiltərə
"Liverpul"
"Arsenal"
"Mançester Siti"
"Nyukasl"
"Tottenhem"
"Çelsi"
İtaliya
"Napoli"
"İnter"
"Atalanta"
"Yuventus"
İspaniya
"Barselona"
"Real" (Madrid)
"Atletik"
"Atletiko"
"Vilyareal"
Almaniya
"Bavariya"
"Bayer"
"Borussiya" (Dortmund)
"Ayntraxt"
Fransa
PSJ
"Olimpik"
"Monako"
Niderland
"Ayaks"
PSV
Portuqaliya
"Sportinq"
Belçika
"Yunion"
Türkiyə
"Qalatasaray"
Çexiya
"Slaviya" (Praqa)
Yunanıstan
"Olimpiakos"
Həmçinin pley-off mərhələsində aşağıda qeyd edilən 7 cütün qalibi olacaq komandalar:
"Ferensvaroş" (Macarıstan) - "Qarabağ" (Azərbaycan)
"Srvena Zvezda" (Serbiya) - "Pafos" (Kipr)
"Reyncers" (Şotlandiya) - "Brügge" (Belçika)
"Budo/Qlimt" (Norveç) - "Şturm" (Avstriya)
"Seltik" (Şotlandiya) - "Kayrat" (Qazaxıstan)
"Bazel" (İsveçrə) - "Kopenhagen" (Danimarka)
"Fənərbaxça" (Türkiyə) - "Benfika" (Portuqaliya)
Qeyd edək ki, ÇL-də Liqa mərhələsinin püşkü avqustun 28-də atılacaq. İlk turun oyunları 16-18 sentyabrda keçiriləcək.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi