Macarıstan idman mediası avqustun 27-də keçiriləcək UEFA Çempionlar Liqasının “Qarabağ” - “Ferensvaroş” matçı ətrafında yaşananları diqqətlə izləyir. Ağdam təmsilçisi Budapeştdə keçirilən ilk matçda sərfəli nəticə qazanıb - 3:1. Amma baş məşqçi Qurban Qurbanovun da dediyi kimi, hələ mərhələnin taleyi həll olunmayıb və “Qarabağ”ı indidən Liqa mərhələsində görmək kimi fikirlər komandaya yalnız zərər verə bilər.
QOL.az xəbər verir ki, Macarıstan mediasından promotions.hu saytı yazır: “Böyük oyuna çox az vaxt qalıb, vəziyyət getdikcə gərginləşir.
“Fradi” Çempionlar Liqasının elit mərhələsinə düşməyə çox yaxındır, lakin “Qarabağ”la oyunda bunu etmək üçün ciddi səylər göstərməlidir. Çünki “FTC Groupama Arena”da çox yaxşı birinci hissədən sonra komanda sonda məğlub oldu. Azərbaycan çempionu oyunun ikinci hissəsində üç qol vurdu.
Cavab görüşü Bakıda keçiriləcək və biletlər inanılmaz sürətlə satılır. Həftəsonuna qədər demək olar ki, bütün biletlər satılmışdı. Bu səbəbdən “Fradi”ni çox güman ki, cəhənnəm kimi bir ab-hava gözləyir. Azərbaycan klubunun azarkeşləri isə bununla kifayətlənmir, Bakıda “Fradi”yə qarşı möhtəşəm bir aksiya hazırlayırlar”.
“Magyar Nemzet” nəşri isə bu barədə yazıb: “Qarabağ” azarkeşləri “Ferensvaroş”a qarşı hücuma keçdilər. Ən çox bəyənilən şərhlərdən biri belədir: “Bizi bir daha erməni komandası ilə qarışdırma! Qarabağ FK erməni klubu deyil, Azərbaycanın çempionudur!”
Aydın deyil ki, niyə belə bir müzakirə azərbaycanlı azarkeşlər tərəfindən başladılıb (QOL.az-dan zəruri qeyd: belə bir müzakirənin başlamasına səbəb ilk matçdan əvvəl “Fradi”nin saytında “Qarabağ”ın Ermənistan klubu kimi göstərilməsi olub. Qısa müddət sonra “Qarabağ”ın qarşı tərəfə müraciətindən sonra həmin səhv aradan qaldırılıb). Amma ehtimal var ki, onlar bununla sadəcə “Fradi”yə mesaj göndərmək istəyirlər: “Qarabağ”a qarşı mübarizə Ermənistan təmsilçisi “Noa”ya qarşı olduğu kimi asan olmayacaq. Çünki “Fradi” daha əvvəl Ermənistan çempionunu mübarizədən kənarlaşdırmışdı.
Hər halda, məsələ indi belədir: Azərbaycan azarkeşləri “Instagram”da xahiş edirlər ki, fanatlar oyuna Azərbaycan bayraqları gətirsinlər. Bununla da rəqib “Ferensvaroş”a göstərmək istəyirlər ki, qarşılarında Azərbaycanın çempionu var”.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Ferensvaroş” oyunu avqustun 27-si yerli vaxtla saat 20:45-də başlanacaq.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi