UEFA-nın klub yarışlarında 3-cü mərhələyə yekun vuruldu. Təəssüf ki, Azərbaycan təmsilçilərindən bu mərhələdə yarışan 3 klubdan 2-si - "Sabah" və "Araz Naxçıvan" (hər ikisi Konfrans Liqası) mübarizəni erkən başa vurdu, yalnız "Qarabağ" (Çempionlar Liqası) mərhələ adlayaraq "pley-off"a vəsiqə qazana bildi.
Qeyd edək ki, Azərbaycanın daha bir təmsilçisi - "Zirə" (Konfrans Liqası) isə elə mübarizəyə başladığı 2-ci mərhələdəcə uduzaraq yarışdan kənarda qalmışdı.
Bəs, 2025/26 mövsümündə avrokuboklara qatılan Azərbaycan klubları UEFA reytinqində Azərbaycana nə qədər xal qazandırıb?
QOL.az-ın xəbərinə görə, burada da ən yaxşı göstərici "Qarabağ"a məxsusdur. Ağdam klubu 4 oyunun hamısında qalib gəlib.
Qeyd edək ki, təsnifat mərhələsində 1 qələbəyə 1 xal, heç-heçəyə isə 0,500 xal verilir. Bu isə iştirakçı ölkənin komandaların sayına bölünür. Azərbaycan avrokuboklara 4 klubla qatıldığından xallar da 4 yerə bölünüb (qələbəyə 0,250, heç-heçəyə 0,125 xal).
Beləliklə, "Qarabağ" təsnifat mərhələsindəki 4 qələbəsi ilə Azərbaycana 1 xal qazandırıb.
Siyahıda sonrakı yeri "Sabah" tutur: 0,625 xal (2 qələbə, 1 heç-heçə).
Üçüncə pillədə "Araz Naxçıvan" qərarlaşıb: 0,375 (1 qələbə, 1 heç-heçə).
Ən azı xalı isə "Zirə" toplayıb - 0,125 (1-heç-heçə).
Bu mövsüm indiyə olan göstəriciyə əsasən, Azərbaycanın UEFA reytinqinə ümumən 2,125 xal əlavə olunub. 1 xalı "Qarabağ", 1,125 xalı isə digər 3 klub qazanıb.
Hazırda Azərbaycanın UEFA reytinqində 19,250 xalı var. Bu xallar son 5 mövsümdə qazanılan nəticələri əhatə edir. Bu göstərici ilə Azərbaycan UEFA reytinqində 28-ci yeri tutur. 29-cu yeri 18,375 xalla Bolqarıstan tutur. Azərbaycandan 1 pillə öndə - 27-ci yerdə olan Ukraynanın isə 19,725 xalı var.
Qeyd edək ki, "Qarabağ" bu mövsüm artıq ən azı Avropa Liqasının Liqa mərhələsində iştirakı təmin etdiyindən daha 4 xal qazanacaq ki, bu da 4 yerə bölünəcək (əlavə 1 xal). Bundan başqa təsnifat mərhələsindən fərqli olaraq, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının qrup mərhələlərində (Liqa mərhələsi) hər qələbəyə 2, heç-heçəyə isə 1 xal verilir.
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı