"Sumqayıt"ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 2-ci turunda "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Biz Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. Bu cür rəqiblə matçda uğurlu nəticə qazanmaq istəyirsinizsə, gərək bəxtiniz də olsun, oyununuz da. Bilirəm ki, "Qarabağ" bizə qarşı əsas heyətlə oynamadı. Onların Çempionlar Liqasında vacib oyunu var. Ümid edirəm ki, onlar Liqa mərhələsinə düşəcək və bununla mən də fəxr edəcəyəm.
- Mövsümöncəsi mətbuat konfransında bildirmişdiniz ki, məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır, amma bu, futbolçulardan asılı olacaq. Sizi avrokuboklara daşıya biləcək futbolçular yığa bilmisiniz?
- Bəli, futbolçularımı bəyənirəm, razıyam. Amma məqsədimizə çatmaq istəyiriksə, bizə bir neçə oyunçu da lazımdır. Konkret 3 oyunçunu mən görürəm. Amma olanlardan da razıyam. Bu gün göstərilən nəticə də qənaətbəxşdir.
- "Qarabağ"ın təzyiqinin artdığı vaxtda Nikola Ninkoviçi meydana buraxdınız. Səbəb nə idi?
- Ninkoviç dünya səviyyəli oyunçudur. Sadəcə fiziki problemi var. Amma vaxta ehtiyacı var. 90 dəqiqə fiziki cəhətdən çatdıra bilməsə də, top saxlamaq kimi qabiliyyəti var.
- "Qarabağ" əsas heyətlə oynasaydı, nəticə fərqli olardı?
- Problem olardı. Əsas oyunçular meydana çıxanda, problemlər yaşadıq. Xüsusilə də Yankoviçi qeyd edərdim. Onunla birlikdə də oynamışıq. Əvvəlcədən oynasaydı, böyük problem yarada bilərdi.
- Üç oyunçuya ehtiyac olduğunu bildirdiniz. Hansı mövqelərə transfer lazımdı?
- Əslində, heyətimizdə oyunçular var ki, oynamalıdır. Sadəcə bilmirik vəziyyətini. Gedişata baxacağıq.
- Ötən mövsüm 11 oyun qol vurmayan "Sumqayıt" var idi. Amma indi iki oyundur ki, qalib gəlirsiniz. Bu komandanın əsas özəlliyi müdafiə xəttidir?
- İndiki gördüyünüz "Sumqayıt" maksimal səviyyədə deyil. Çox işləməliyik ki, istədiyim səviyyəyə çataq. Komandadan istəyim çoxdur.
- Yerli futbolçuların səviyyəsindən və işə yanaşmalarından razısınız?
- Onlar təbii ki, çalışır. Şans verirəm. Yenə verəcəyəm. Kənan oynayıb, bu gün də Nihad Əhmədzadəyə şans verdim. Məşqlərdə sübut edirlər ki, oynamaq istəyirlər.
- İki oyundur ki, qalib gəlirsiniz. Futbolçuların eyforiyaya qapılacağını düşünürsünüz?
- Xeyr. Problem olacağını fikirləşmirəm. Hər yeni oyuna fokuslanırıq. Məncə, problem olmaz.
- Mövsümün sonunda komandanız hansı pilləni tutsa, sizi razı salacaq?
- Əslində, mən çempion olmaq istəyərdim. Amma hələ tezdir. İki turdan sonra bu haqda danışmaq çox tezdir. (sportal.az)
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi