"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 2-ci turunda "İmişli" ilə 0:0 hesablı heç-heçə etdikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Azarkeşlərimizə təşəkkür edirəm. Əziyyət çəkib uzun yol gəldilər. Sona qədər komandanı dəstəklədilər. Əfsuslar olsun ki, onları sevindirə bilmədik. Bu gün iki xal itirdik. İlk matçdan sonra klub rəhbərliyi bizə dəstəyini göstərdi. Yeni komandayıq. Yaxşı işlər görəcəyimizə inanırıq. Buna şübhəmiz yoxdur.
- Əsas nədən narazı qaldınız?
- Birinci hissədə narazı qaldım. Oyunun dinamikası aşağı idi. İkinci hissədə tempi qaldırdıq. Başa düşürük ki, bu cür qapalı komandalara qarşı 2-3 fürsət yarada bilərsən. Fürsətləri dəyərləndirməli idik. Qol vurandan sonra rəqib komanda da daha açıq oynamağa məcbur qalacaqdı. Ümumi oyunun tempi aşağı idi. Rəqibi başa düşürük, oyunu əks-hücumda qurublar. Amma öz komandamdan narazı idim. İkinci hissədə daha istəkli idik. Top itkiləri olurdu, amma tələskənlikdən irəli gəlirdi. Futbolçular əziyyət çəkdilər, onlara minnətdaram.
- Emin Mahmudovun əvəzlənməsinin səbəbi nə idi?
- Emin özü istədi. Sağlamlığında problem oldu.
- İndi komanda formalaşmayıb. "Neftçi"dən yaxşı nəticələri nə vaxt tələb etmək olar?
- Komanda olaraq formalaşmışıq. Belə bir söhbət yoxdur. Sadəcə oyunçuların arasında bir az anlaşılmazlıq var. Bu, məşqlərdə də sezilir. Uşaqlara meydanda bir-birilərini anlamaq üçün zaman lazımdır. Ötən mövsümlə müqayisə ediriksə, futbolçularda istək yüksək səviyyədədir, fiziki cəhətdən inkişaf ediblər. Çatışmazlıqları oyunlarla aradan qaldıracağıq.
- İlk iki turda "Şamaxı" və "İmişli" kimi qapanan komandalara qarşı oynadınız. Bu cür komandalara qarşı oynamaq çətindir. Başqa rəqiblər olsaydı, nəticələr fərqli ola bilərdi?
- Düz vurğulayırsınız. Hazırda müdafiəni qurmaq asandır. Komandanı buna yönəltmək o qədər də güc sərf edən bir şey deyil. Amma "Neftçi"də tələb hücumda nələrsə etməkdir. Yeni qurulmuş komanda üçün, bir-birilərini tanımayan oyunçular üçün bunları etmək çətindir. Bəhanələr deyil, faktdır. Xoşuma gəldiyim şey odur ki, oyunçuların gözündə qələbə istəyi var. Ötən mövsüm hər hücumda qorxurduq ki, qapımızda qol görəcəyik. Bu il bunu aradan qaldırmışıq. Hücumda bir az problem var.
- "Neftçi" üçün transfer mövsümü bitib?
- Transfer heç vaxt yekunlaşmır. Departamentimiz bunun üzərində işləyir. Hazırda əsas məqsədimiz əlimizdə olan oyunçuları pik səviyyəyə çatdırmaqdır. Amma uyğun futbolçu tapsaq, transfer edəcəyik.
- Bu meydançada "İmişli" ilə oynamaq çətindir, yoxsa öz meydanınızda "Turan Tovuz"la oynamaq?
- Süni örtükdə oynamaq çox çətindir. "Qarabağ" da burda oynayanda baş məşqçiləri vurğulayır. Meydança futbolçularda narahatlıq yaradır. "Turan Tovuz"a gəlincə, Oyundan sonra danışarıq.
- Əvəzedici komandaya göndərilən Ramil Şeydayev və Ryonosuke Ohorinin aqibəti necə olacaq?
- Biz futbolçulara açıq-aşkar hər şeyi demişik və seçimi onların özlərinə buraxmışıq.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi