Yeni mövsümdən Azərbaycan 1-ci liqasında çıxış edəcək "Şahdağ Qusar"ın prezidenti seçilən Rahid Əmirquliyev bununla bağlı təəssüratlarını bölüşüb.
O, QOL.az-a açıqlamasında deyib ki, doğma klubunun çətin vəziyyətdə olmasına görə bu addımı atıb:
“Son vaxtlar klubda vəziyyət ürəkaçan deyildi. Maliyyə problemləri oldu. Sponsor maliyyə dəstəyini dayandırdı və vəziyyət çəyinləşdi. Demək olar ki, bütün futbolçular komandadan getdilər, çətin vəziyyətə düşdük. Ona görə də qərar verdim ki, komandanı özüm götürüm, Qusar futbolu dağılmasın, yaşasın. Demək olar ki, artıq komandanı yığmışıq. Kollektiv gənc oyunçulardan ibarət olacaq. Nə qədər çətin olsa da, artıq bu yükün altına girmişik. Bu məsələlərdə biz tək deyilik. Futbolun İnkişafı Fonduna təşəkkür etmək istəyirəm. Bizə bəzi məsələlərdə lazım olan dəstəyi göstərirlər. Qısa desəm, “Şahdağ Qusar” dağılmasın deyə bu qərarı verdim. Ötən il 2-ci liqanın qalibi olduq. İnşallah 1-ci liqada çıxış edəcəyik. Əsas odur ki, komanda dağılmadı”.
Komandanın həm də kapitanı olan 35 yaşlı yarımmüdafiəçi meydanda da əlindən gələni edəcəyini bildirib: “Bəlkə də, kiməsə qəribə gələ bilər, amma klubun rəhbəri həm də meydanda olacaq. Mən əvvəlcədən qərar vermişdim ki, oynamağa davam edəcəm. İndi də o fikirdəyəm. Şükürlər olsun ki, formam yerindədir. Rəhbər olsam da, çıxıb meydanda da vuruşacam”.
Rahid Əmiquliyev hələlik yalnız AFFA-nın dəstəyi ilə maliyyələşən “Şahdağ Qusar”a özü də maddi yardım edir: “Komanda demək olar ki, komplektləşib. Düzdür, maliyyə sarıdan problemlər var. AFFA-nın ayırdığı büdcə ilə komanda yığmışıq. Qıraqdan yardım edənlər də var, sağ olsunlar. Daimi sponsorumuz isə yoxdur. Özümüz də əlimizdən gələni edirik. Gənclərdən ibarət olsa da, yaxşı futbolçular da var. Pis komanda yığmamışıq. Hədəfimiz hələ ki, 1-ci liqada qalmaq olacaq. Ancaq komandamız yarışda istənilən rəqibə müqavimət göstərəcək. Daha sonra çalışacağıq ki, kluba yeni sponsorlar cəlb edək və Qusar futbolu yaşasın, inkişaf etsin”.
R.Əmiquliyev komandanın ev oyunlarını harada keçirəcəyinin hələlik dəqiqləşmədiyini də qeyd edib. O bildirib ki, Qusardakı stadionun gələn il hazır olacağı gözlənilir: "Ev oyunları məsələsi hələ ki, açıq qalıb. Qusardakı stadion təmirdədir. Ümid edirik ki, tez hazır olar və ev oyunlarımızı öz meydanımızda oynayarıq. Bildiyimə görə, gələn il hazır olmalıdır. O vaxta qədər isə ev oyunlarımız ya Bakıda, ya da başqa bir rayonda olacaq. Buna yaxın günlərdə aydınlıq gələcək”.
Ramiq Ağaməmmədov
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi