“Yenidən bu şəhərdə olmaq, belə bir azarkeşlər qarşısında, belə bir rəqibə qarşı oynamaq çox xoşdur”.
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsinin “Ferensvaroş”la sabah keçiriləcək səfər matçı üçün təşkil edilən mətbuat konfransında deyib.
O, Macarıstana yaxşı nəticə üçün yollandıqlarını bildirib: "Bizi çox istəkli bir komandaya qarşı oyun gözləyir. Açıqlamalarından da görürük ki, həddən artıq çox istəklidirlər, Çempionlar Liqasının Liqa mərhələsində oynamaq istəyirlər. Amma biz də bunu istəyirik. İnanıram ki, azarkeşlər oyundan razı qalacaqlar. Yaxşı oyun gösərərək yaxşı nəticə əldə etmək istəyirik".
Q.Qurbanov 2022-ci ildə qarşılaşdıqları "Fernesvaroş"la indiki arasında çox fərq olduğunu, indi rəqibin daha sürətli oyuna üstünlük verdiyini qeyd edib: "Futbol belə bir oyundur ki, daim dəyişir. Dünya futbolu bunu tələb edir. İndi “Ferensvaroş”da fərqli baş məşqçi və futbolçular var. Çox əzmkar bir kollektivdir. Bizim heyətimizdə də xeyli dəyişikliklər olub. Məncə, cavab matçında bir-birimizi daha yaxşı tanıyacağıq. Buna görə də cavab matçının fərqli olacağını düşünürəm. Amma sabah biz sona qədər mübarizə aparmağı bacarmalıyıq.
Bu komanda həddindən artıq sürətlidir. Yəni bizim əvvəl qarşılaşdığımız “Ferensvaroş”dan fərqli oynayır. Daha fiziki cəhətdən güclü və dinamik bir kollektivləri var. Baş məşqçiləri də futbolçularından həm sürətli, həm də mübariz oyun tələb edir. Çalışmalıyıq ki, topa daha çox sahib olaq. Amma bu komandanın elə ilk düşüncəsi odur ki, rəqibə öz oyununu oynamağa imkan verməsin. Bunlar olduğu halda bizim üçün heç də asan olmayacaq. Amma istənilən halda bu cür komandalara qarşı oynamışıq. Bu kollektiv əvvəlkindən daha bacarıqlı ola bilər”.
Q.Qurbanov “Necə edirsiniz ki, 17 ildir bir komandanı çalışdıra bilirsiniz” sualını da cavablandırıb:“Sadəcə məni dəyişmirlər. Ona görə 17 ildir ki, buradayam”.
Q.Qurbanov rəqib baş məşqçisi Robbi Kinin sabahkı oyunda əsas məqsəd top buraxmamaqdır fikrinə də münasibət bildirib: "Bəli, onun fikirlərini oxumuşam. Həm də deyir ki, çox yaxşı hücum xəttimiz var. Əlbəttə ki, belə turnirlərdə qalib gəlmək istəyirsənsə, ilk növbədə öz qapından top buraxmamalısan. Bu, çox vacibdir. Amma daha baxımlı oynamaq və nəticə vermək üçün yaradıcı olmalıyıq. Bizim əsas məqsədimiz yaradıcı olmaq və qol vurmaqdır. Biz həmişə istəyirik ki, qolumuz olsun. Azarkeşlər də belə oyunları sevirlər. Həm burda, həm də Bakıdakı oyunda çalışacağıq ki, maksimum hücumda olaq və qol vuraq".
Q.Qurbanov hazırda "Qarabağ"da çıxış edən "Ferensvaroş"un sabiq futbolçusu Kad Borqesdən rəqib haqda nəsə soruşmadığını da deyib: "Xeyr. Mən belə halları xoşlamıram. Komandama gələn heç bir futbolçudan onun sabiq komandası ilə bağlı nəsə soruşmuram. Bu, qeyri-etik olar. Çünki ola bilər ki, futbolçu oynadığı müddətdə o komandaya sadiq olub. Ona görə də o futbolçunu çətin vəziyyətdə qoymaq istəmirəm. Sadəcə, özüm və köməkçilərim oyunlarına baxıb rəqib haqqında məlumat toplamışıq".
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi