"Hər kəs bu iki qarşılaşmaya hazırdır. Nə psixoloji, nə də fiziki yorğunluqdan əsər-əlamət yoxdur. Əksinə, hər kəs bu mərhələdə iştirak edə bildiyinə görə xoşbəxtdir".
QOL.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının pley-off mərhələsininin ilk oyunu çərçivəsində sabah "Qarabağ"la qarşılaşacaq "Ferensvaroş"un (Macarıstan) futbolçusu Qavriel Kanikovski bu gün görüş üçün təşkil edilən mətbuat konfransında deyib.
Yayda Təl-Əviv "Makkabi"sindən "Ferensvaroş"a qoşulan israilli futbolçu komandaya tez uyğunlaşdığını bildirib: "Yeni oyunçu kimi heç kimə asan olmur, amma Robbi Kin və heyət mənə uyğunlaşmaqda çox kömək etdi, şansımı tez əldə etdim. Burada olmaq heyrətamizdir, Əvvəlki komandamda fərqli sistemdə və bir az geridə oynayırdım. Amma vəzifə eynidir, komandaya qol vurmağa kömək etməkdir".
Q.Kanikovski 2022-ci ildə "Ferensvaroş"la "Qarabağ" arasında keçirilən görüşdən sonra hər iki komandada çox dəyişiklik olduğunu da vurğulayıb: "Sabahkı oyun hər kəsi çox həyəcanlandırır. 2022-ci ildə "Ferensvaroş" bu rəqiblə qarşılaşıb. Amma həm “Qarabağ”ın, həm də bizim komandanın heyəti 2022-ci ildəki dueldən fərqlidir. Əsas odur ki, öz oyunumuzu oynayaq".
Qeyd edək ki, avqustun 19-da keçiriləcək "Ferensvaroş" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və saat 20:45-də başlayacaq.
Hasan Şaş saxlanıldı
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı