"İmişli"nin yeni transferi Ronaldo Rodriges Misli Premyer Liqasının 1-ci turunda "Turan Tovuz"la keçiriləcək oyunla bağlı danışıb.
QOL.az xəbər verir ki, braziliyalı müdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında deyib:
"Turan Tovuz"la oyun gərgin olacaq. Amma yaxşı çıxış etmək və müsbət nəticə qazanmaq üçün hər gün məşq edirik. Mən komandama inanıram. Ümid edirəm ki, çempionata yaxşı start vermək üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, avqustun 16-da Şamaxı şəhər stadionunda keçiriləcək "İmişli" - "Turan Tovuz" oyunu saat 17:00-da başlayacaq.
Hasan Şaş saxlanıldı
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı