“Qarabağ”ın prezidenti Tahir Gözel UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda “Şkendiya”nı 5:1 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Bu cür böyükhesablı qələbə gözləyirdiniz?
- “Şkendiya” ilk matçda gözəl oynadı. Bizə çox çətinlik yaratdılar. Həmin görüşdə müdafiəmiz qələbə qazanmağımızda böyük rol oynadı. Cavab oyununda nisbətən rahat qələbə qazandıq. Yeni oyunçuların inamlı çıxışı məni sevindirdi. Azərbaycan futbolunun işıqlarından, gələcək ulduzlarından Hikmət Cəbrayılzadəni meydanda görmək mənə çox böyük xoşbəxtlik bəxş etdi. Açığı, gözləmirdik bu nəticəni. Hesabın belə olmasında vətəndə, doğma azarkeşlər önündə oynamağın rolu oldu. Azərbaycan qazandı. Çünki meydanda Azərbaycanın ruhu var idi.
- Demək olar ki, “Şkendiya” ilk qolu vurmaqla, loru dildə desək, arı yuvasına çöp soxdu?
- O qoldan sonra azarkeşlərin dəstəyi əla idi. Hesabda geri düşsək də, fanatlar oyunçuları ruhlandırdılar. Allaha şükür ki, gözəl oyunla gözəl qələbə qazandıq.
- Növbəti mərhələdə rəqib “Ferensvaroş”dur...
- “Ferensvaroş” özəl dəstək görür, həm dövlətdən, həm də sponsorlardan. Yaxşı büdcəsi var. Rəqib çox güclüdür. Lakin istənilən halda klubumuz öz stabilliyi ilə, yeni transferləri ilə əlindən gələni edəcək. Stabillik bizim üstünlüyümüzdür. Qazandıqlarımız, itirdiklərimiz bizə təcrübə qazandırır. Bu, 2017-dəki “Qarabağ” deyil, çox təcrübəli komandadır. Çempionlar Liqasının Liqa mərhələsinə çox yaxınıq. Son zamanlar bu qədər yaxınlaşmamışdıq. Artıq pley-offdur. İnşallah, qismət olsa Bakıda “Liverpul”u, PSJ-ni qəbul edəcəyik. Azərbaycan futbolu üçün bir bayram olacaq.
- Hücumçu transferi ilə bağlı yenilik var?
- “Qarabağ”ın tarixindəki ən böyük büdcəni vermişik Qurban hocaya. Heç vaxt belə böyük büdcəmiz olmayıb. Təbii ki, bu, özümüz üçün böyükdür. Qurban hocanın səbirli, təmkinli yanaşmasına hörmətlə yanaşırıq. Səhv etmək istəmir. Biz də onun ehtiyatlı davranışını dəstəkləyirik. Necə ki, nəhəng klublar seçimdə tələsmirlər, ehtiyatlı davranırlar.
- “Qarabağ” artıq elə bir səviyyəyə çatıb ki, istənilən futbolçu komandaya nəticə qazandıra bilər. Razısınız?
- Bəli, komandamızda bütün xətlər işləyir. Deyim ki, doğru insan gəlsə, “Qarabağ”a çox böyük fərq yaradar. Çatdırsaq, yeni hücumçu alınsa, nəhənglərlə də mübarizə apara bilərik.
- Andre Klovislə razılıq əldə edildiyi və 3 illik müqavilə imzalanacağı barədə yayılan xəbərlər nə dərəcədə doğrudur?
- Məlumatım yoxdur. Qurban hocadan soruşum.
- Hikmət Cəbrayılzadənin çıxışından razı qaldınız?
- Əlbəttə. O, çox perspektivlidir, gələcəkdə daha yüksək səviyyədə oynaya bilər. İlk addımlarıdır. İstedadı var, əxlaqı, tərbiyəsi yerindədir. Hikmət Azərbaycanda 10-15 ildən bir doğulan istedaddır. İstedadını nə qədər açacağını isə özü və zaman bizə göstərəcək.
- Təxminən 1-2 il əvvəl demişdiniz ki, “Qarabağ” bundan sonra akademiyaya daha çox diqqət ayıracaq. Artıq bu, öz bəhrəsini verir?
- Açığı, rəhbər kimi akademiyaya ayırdığım diqqət məni qane etmir. Özüm özümdən narazıyam (gülür). Bəli, bu gün akademiyamızdan Hikmətlər çıxır. Amma bu, orada çalışan insanların əməyinin nəticəsidir. Aftandil Hacıyevdən çox razıyıq. Lakin klub rəhbəri kimi mən demək olar ki, akademiya üçün heç nə etməmişəm. İmkanımız yoxdur deyə, akademiya üçün yer tapa bilmirik. Açığı, o barədə bir qədər zəiflik nümayiş etdirdiyimizi düşünürəm.
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"