"Barselona"nın prezidenti Joan Laporta qapıçı Mark-Andre ter Ştegenlə bağlı qalmaqallı vəziyyəti şərh edib.
QOL.az xəbər verir ki, o, artıq bütün problemlərin həll olunduğunu deyib: "Mark kapitanımız olaraq qalır. Əvvəlki fikir ayrılıqları aradan qaldırıldı. O, meydanda liderliyini təsdiqlədi və azarkeşlər kapitanın komandaya necə rəhbərlik etdiyini görə bildilər. Mark 11 ildir klubdadır. Şadam ki, o, yenidən kapitanlıq vəzifəsini yerinə yetirir. Markın mövqeyini nəzərə alaraq, Liqanın transferi ilə bağlı tibbi komissiyanın razılığı əsasında Joan Qarsiyanı qeydiyyatdan keçirməyi gözləyirik. Hər şeyi birinci tura qədər tamamlayacağıq, hələ vaxtımız var”.
Daha əvvəl Ter Ştegen qapıçı belindən əməliyyat olunmuş və La Liqa komissiyası üçün tibbi arayış imzalamaqdan imtina etmişdi. Bu, yeni gələn qapıçı Joan Qarsianın qeydiyyatı ilə bağlı problemlərə səbəb olmuşdu. Klub müvəqqəti olaraq Ter Ştegeni kapitan sarğısından məhrum qoysa da, sonradan münaqişə həll olunub və sarğı geri qaytarılıb.
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil
“Qarabağ” qalib gəlib “pley-off”a yüksəldi!
"Lester" klubu satışa çıxarıldı
Haaland 4 rekordla "Ginnesin Rekordlar Kitabı"nda
Açıqlamasına görə azarkeşlərdən üzr istədi