“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov dünən “Zirə”ni 2:1 hesabı ilə məğlub etdikləri yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Son yoxlama oyununda “Zirə”yə qalib gəldiniz. Görüşlə bağlı fikirləriniz necədir?
- Hazırlıq prosesimizin son oyunu idi. Bilirsiniz ki, planda bir qədər dəyişiklik oldu. Son yoxlama görüşünü evdə oynamaq istəyirdik. Lakin məcburi dəyişiklik etməli olduq. “Zirə”yə təşəkkür edirəm ki, təklifimizi qəbul etdi. Gənclər, yeni oyunçular var, yeni komandayıq. Oyun bizim üçün pis keçmədi. Zədəlimiz olmadı. Düşünürəm ki, zamanla komandamız daha yaxşı vəziyyətdə olacaq.
- Yeni mövsümdə “Şamaxı”nın hədəfi nə olacaq? Hazırkı heyət məqsədə çatmaq üçün kifayət edir?
- Hədəf deyəndə ki, büdcəmizə uyğun heyət qururuq, mübarizə aparacağıq. Əslində hər kəs hər oyunda qələbə qazanmağı hədəfləyir. Lakin elə rəqiblər var ki, bu, çətin olacaq. Çox istərdim ki, sərəncamımda daha 3-4 futbolçu da olsun. Çünki mövsüm uzundur. Bəzi mövqelərdə çətinlik çəkə bilərik. Heyətimizdə gənclər çoxluq təşkil edir. Bir sözlə, gələcəyə ümidliyəm.
- “Zirə” üzərində qələbə düşünməyə əsas verir ki, “Şamaxı” yeni mövsümdə də rəqiblərə başağrısı olacaq...
- Həqiqətən də bütün yoldaşlıq görüşlərində uşaqlar maksimum güclərini qoydular. “Zirə”nin heyətindəki itkilər var idi. Əsas bizi mraqlandıran nəticədən çox meydandakı mübarizə oldu. “Zirə” kimi iddialı rəqiblə oyunda boşluqlarımızı gördük. Rəqibin adından asılı olmayaraq hər matçda tam gücümüzlə mübarizə aparacağıq.
- İlk turda səfərdə “Neftçi” ilə qarşılaşacaqsınız. Rəqibin oyununu izləmisiniz? “Ağ-qaralar” çox dəyişib?
- Bəli, “Neftçi”nin oyunlarını izləmişəm. Komanda çox dəyişib. Yeni transferlərə baxsaq, ustalıqları göz önündədir. “Neftçi”nin adı rəqiblər üçün çətindir. Bizi çox maraqlı oyun gözləyir. Ümumiyyətlə, bu mövsüm bir çox komandalar iddialı olacaqlar. “Araz-Naxçıvan” və “Turan Tovuz”a baxsaq, iddialı futbolçularla gücləniblər.
- Son transferiniz Abdullahi Şuaybu komandaya nə dərəcədə kömək edəcək?
- Ümidliyik. Şuaybu “Kəpəz”də çox yaxşı çıxış edirdi. Sonra bir müddət futbolsuz qaldı. Ötən mövsümü isə “Qəbələ”nin heyətində birinci liqada keçirdi. Komandamız yeni qoşulub. İdeal formada deyil. Lakin istəklidir və inanıram ki, komandaya kömək edəcək.
- Tezliklə baş məşqçisi olduğunuz U-21 də seçmə mərhələdə mübarizəyə başlayacaq. Hər hansı çətinlik yaşanmamasına görə özünüz üçün iş bölgüsü aparmısınız?
- Plan hazırdır. Milliyə namizəd futbolçular daim nəzarətimizdədirlər. Bir çoxu elə “Şamaxı”dadır. Qəbələdə təlim-məşq toplanışında olarkən digər komandaları da izləyirdik. Hazırda diqqətimizi “Şamaxı”ya yönəltmişik. İlk 3 tur çətin olacaq.
- Sizdən başqa “Karvan” və “İmişli” də ən azı bir müddət ev oyunlarını Şamaxıda keçirəcək. Bu, komandanız üçün problem yaradacaq?
- Bu, bizim üçün problem ola bilər. Çünki stadionda işıqlandırma sistemi yoxdur. Məşq prosesimiz korlana bilər. Bunu da fikirləşməliyik. Məsələn, bizim oyunumuz bazar günüdürsə, cümə və şənbə Şamaxıda oyun varsa, onda biz gərək iki gün məşq etməyək. Daha əvvəl də demişəm, futbolun inkişaf üçün meydançalar olmalıdır. İndi sizinlə “Qarabağ”ın bazasında söhbət edirik. Görürsünüz, necə gözəl şərait var. Yaxud olsun “Neftçi” və digərləri. Məncə, buna pul ayırmaq lazımdır. Çünki əks halda çətin olacaq. Peşəkarlaşmağa ehtiyacımız var.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi