“Düşünürəm ki, taktiki baxımdan çox maraqlı oyun oldu. Biz bu oyuna planla gəlmişdik. Məğlub olmağımıza baxmayaraq, futbolçularımı yalnız tərifləyə bilərəm. Onlarla fəxr edirəm".
QOL.az xəbər verir ki, bu gün sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Konfrans Liqasının 3-cü təsnifat mərhələsində səfərdə "Levski"yə uduzduqları ilk oyundan (0:1) sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis bilirib ki, bu görüşdə daha yaxşı nəticə qazanmaqları mümkün idi: "Düşünürəm ki, uzun müddət “Levski”yə qarşı yaxşı mübarizə apardıq. Rəqib səviyyəli komandadır. Amma ilk hissədə oyuna bizim daha çox nəzarət etdiyimiz anlar da oldu. Bir az daha soyuqqanlı ola bilsəydik, daha yaxşı nəticə əldə edə bilərdik. İkinci hissədə isə, əlbəttə, rəqib baş məşqçisinin pressinqə qarşı bir həll tapacağını və bizim təzyiqimizi azaltmaq üçün yollar axtaracağını gözləyirdik. Elə də oldu. Xüsusən də oyunun 60-cı, 68-ci dəqiqələrinə qədər Everton Balla daha dərin oynadı və orada əlavə oyunçu üstünlüyü yaratdı. Biz həmin anda bir az kompaktlığımızı itirdik və “Levski” üstünlük qazandı. Amma bundan sonra biz də öz həll yollarımızı tapdıq. Oyunun bərabər səviyyədə davam etdiyini düşünürəm".
O, arenadakı atmosferdən də söz açıb: "Stadiondakı atmosfer möhtəşəm idi. Əlbəttə ki, azarkeşlərin dəstəyi ev sahibi komanda üçün böyük üstünlük idi. Düşünürəm ki, əgər stadionda bu atmosfer olmasaydı, fərqli nəticə qeydə alına bilərdi".
Valdas Dambrauskas yaratdıqları qol vəziyyətlərindən də danışıb: "İkinci hissədə bizim iki çox yaxşı qol imkanımız oldu. Təəssüf ki, onları reallaşdıra bilmədik. Amma bu, sadəcə ilk oyundur. 90 dəqiqə geridə qaldı və indi “Levski”ni gələn həftə Bakıda qarşılayacağıq”.
Qeyd edək ki, "Sabah"la "Levski" arasında cavab oyunu avqustun 14-ü Bakıda keçiriləcək.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi