"Futbolçularıma sona kimi dözdüklərinə görə təşəkkür edirəm. Belə oyunlarda axıra qədər mübarizə aparmaq çox vacibdir. Əlbəttə ki, səhvlərimiz oldu. Lakin nəticə üçün oynamağı bacardıq. Futbolçularımı təbrik edirəm. Rəqib komanda haqqında xoş sözlər demək istəyirəm. Göstərdilər ki, əvvəlki 2 oyunda layiqli qələbə qazanıblar".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şkendiya"ya qalib gəldikləri (1:0) matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis Bakıdakı cavab oyununda daha diqqətli olmaqlarının lazım gəldiyini bildirib: "Hər bir halda bu cür oyunda belə bir komandaya qarşı qalibiyyətlə dönmək böyük bir üstünlükdür, amma biz Bakıda daha diqqətli və ciddi olmalıyıq. Çünki qarşımızda məğlub olmağı sevməyən bir kollektiv var".
O, stadionda 20 min azarkeşin olmasından və arenadakı atmosferdən də söz açıb: "Futbolun gözəlliyi azarkeşlərdir. Belə bir stadionda bu cür atmosfer oyunu daha da gözəlləşdirdi. "Şkendiya" bu atmosferdə daha da motivasiya olmuşdu. Biz bir neçə il bundan əvvəl bu stadionda oynamışdıq, lakin bu cür azarkeş dəstəyi ilə qarşılaşmamışdıq".
Q.Qurbanov futbolçusu Kadi Borgesin oyunundan da danışıb: "Ola bilər bəzi epizodlarda zəif təsir bağışladı. Amma indi bunu müzakirə etməli deyilik. Çünki rəqibin gücünü də nəzərə almaq lazımdır. Kadiyə qarşı rəqib müdafiəçilər daha çox diqqət ayırırdılar. Hər oyunçu 90 dəqiqə eyni səviyyədə oynaya bilməz".
O, sonda "Azərbaycanda bir çox albaniyalı futbolçu oynayır. Həmin oyunçulardan və "Şkendiya"nın heyətindəki futbolçulardan "Qarabağ"da görmək istədiyiniz biri varmı" sualını cavablandırıb: "Mənim komandamda bir çox alban futbolçu olub. İlk ağla gələn Ansi Aqolli və Admir Telidir. Onlar mənim üçün həm dəyərli insan, həm də yaxşı oyunçular idi. Ümumiyyətlə, Balkan ölkələrinin futbolçularında həmişə güclü bir xarakter olub. "Şkendiya"nın heyətindən hansısa futbolçu haqqında fikir bildirməyim düzgün olmaz".
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi