Kipr mətbuatı UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək "Araz Naxçıvan"la "Omoniya" arasında oyunlara yazı həsr edib.
QOL.az xəbər verir ki, kathimerini.com.cy saytında dərc edilən "Omoniya" üçün əsas hədəf – əvvəl "Araz", sonra növbəti mərhələ" adlı yazıda bildirilir:
"Omoniyada prioritet tam olaraq bəllidir: əvvəlcə "Araz" ("Araz Naxçıvan - red.), daha sonra növbəti rəqib barədə düşünüləcək. “Yaşıllar” bütün diqqətini Azərbaycan təmsilçisi ilə qarşıdakı oyunlara yönəldib. Komandada yaxşı anlayırlar ki, yalnız maksimum ciddiyyət və konsentrasiya ilə Konfrans Liqasının pley-off mərhələsinə yüksəlmək mümkündür.
Əgər "Omoniya" mərhələni adlasa, növbəti raundda PAOK və ya "Volfsberqer"lə qarşılaşacaq. Baxmayaraq ki, texniki heyətin bir nümayəndəsi artıq həmin komandaların oyunlarını izləməyə başlayıb, hazırda bütün diqqət "Araz"la dueldədir.
"Araz" elə-belə rəqib deyil. Komanda “Aris”i turnirdən kənarlaşdırmaqla təsadüfi komanda olmadığını sübut etdi. Bu fakt onların təhlükəli və diqqətəlayiq rəqib olduğunu göstərir. İndi "Omoniya" favorit statusunu sözlə yox, meydanda təsdiqləməlidir – mərhələ adlamaq üçün ilk oyunda üstünlük əldə etməlidir".
Yazıda daha sonra bildirilir: "Baş məşqçi Henning Berqin işi artıq komandada hiss olunur. Yeni transferlər hələ reallaşmasa da, o, müdafiədə kompakt, hücumda isə məhsuldar kollektiv formalaşdırmağı bacarıb. Onun "Omoniya"dakı ilk dönəminə xas olan bəzi xüsusiyyətlər – sürətli əks-hücumlar, cinahların effektiv işləməsi və oyunçular arasında qarşılıqlı anlaşma – yenidən komandanın əsas gücünə çevrilib. Tasos Xacigiovannis artıq komandaya qayıdıb və yaxın günlərdə bir neçə yeni transferin də baş tutacağı gözlənilir. Klub daxilində həm Avropada, həm də yerli arenada uğurlu mövsüm üçün nikbin ab-hava hökm sürür".
Xatırladaq ki, "Araz Naxçıvan"la "Omoniya" arasında ilk oyun avqustu 7-i Bakıda, cavab qarşılaşması avqustun 14-ü Kiprdə olacaq.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov