“Levski”nin (Sofiya) baş məşqçisi Xulio Velaskes bildirib ki, artıq Konfrans Liqasında “Sabah”la qarşıdakı oyunu düşünməyə başlayıb.
QOL.az xəbər verir ki, o, bu barədə yerli liqada “Slaviya” üzərində 2:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında bildirib.
Bu nəticə “göyləri” Bolqarıstan liqasında turnir cədvəlində yenidən zirvəyə yüksəldib (3 oyun, 3 qələbə).
Avropa Liqasında “Braqa”ya qarşı ötən həftə keçirilən təsnifat mərhələsinin oyunu ilə müqayisədə heyətdə 8 dəyişiklik olsa da, “Levski” “Slaviya”dan üstün oyun göstərib.
43 yaşlı ispan mütəxəssis jurnalistlərə bildirib ki, məqsədləri həm yaxşı oyun nümayiş etdirmək, həm də qalib gəlməkdir: “Fəlsəfəmiz yalnız qol buraxmamaq üzərində qurulmayıb. Əksinə, biz daim qarşı tərəfin qapısına yol tapmağa çalışırıq. Amma bu, müdafiədəki məsuliyyətimizi aradan qaldırmır. Əgər hücumda yaxşı oynayırıqsa, bu, müdafiəyə də müsbət təsir edir. Biz müdafiədən hücuma keçməyə çalışan komanda deyilik – əksinə, hücumdan başlayırıq. Üç oyundan üç qələbə qazanmaq bizi çox sevindirir”.
O həmçinin deyib: “Artıq diqqətim “Sabah”la cümə axşamı keçiriləcək oyundadır. Futbolun ən gözəl tərəfi komanda ilə azarkeşlər arasında olan bağlılıqdır. Belə azarkeşlərin qarşısında oynamaq inanılmaz bir hissdir və onlara ürəkdən təşəkkür edirəm. Bunu hamımız hiss edirik. Komanda canlıdır, bütün oyunlarda futbolçular 100 faiz güclə çıxış edirlər. Azarkeşlər də bunu qiymətləndirir. Möhtəşəm kollektivi olan bir komandamız var və bu ‘komanda ruhu’nu hiss etmək mənim üçün çox önəmlidir”.
Xatırladaq ki, “Levski” ilə “Sabah” arasında UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu avqustun 7-də Sofiyada, cavab matçı avqustun 14-ü Bakıda keçiriləcək.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov