Məlum olduğu kimi, 2024/25 mövsümündə Azərbaycan ikinci liqasında çempionluq qazanan “Şahdağ Qusar” bütün futbolçuları ilə yollarını ayırıb. Bölgə təmsilçisi 2 gün əvvəl oyunçuları ilə müqaviləyə xitam verdiyini açıqlayıb. Lakin yeni mövsümdən 1-ci liqada mübarizə aparmalı olan klub hələlik heç bir transfer gerçəkləşdirməyib.
Son 2 mövsümdə "Şahdağ Qusar"ın kapitanlıq sarğısını daşıyan Rahid Əmirquliyev məsələ ilə bağlı QOL.az saytına açıqlama verib.
Azərbaycan millisinin keçmiş üzvü klub rəhbərliyinin gələcək planlarından xəbərdar olmadığını bildirib: "Yazıblar ki, bütün futbolçuların müqaviləsinə xitam verilib. Ancaq bütün oyunçuların müqavilələri onsuz da başa çatmışdı. Çünki hamıda 1 illik müqavilə idi. İndi kıubun yekun qərarını, planlarını mən də bilmirəm. Mən də rəhbərlikdən xəbər gözləyirəm. Əlbəttə ki, gecdir. Bütün klublar toplanıblar, futbolçular alırlar. Bizim isə heç nədən xəbərimiz yoxdur. Durumumuz çətindir. Bundan sonra futbolçu tapmaq da çətin olacaq. Lakin yenə də gözləyirik ki, rəhbərlik bir qərar versin və ona uyğun hərəkət edək".
35 yaşlı yarımmüdafiəçi vurğulayıb ki, "Şahdağ Qusar"da qalmaq niyyətindədir: "Əlbəttə ki, mən klubda qalmaq istəyirəm. "Şahdağ Qusar" mənə doğmadır. Əlimdən gələni etmək istəyirəm. "Şahdağ Qusar" 1-ci liqada oynasa, mən də orada olacağam. Ya futbolçu kimi, ya başqa bir vəzifədə. Fikrim budur ki, kluba dəstək olum".
O, qeyd edib ki, çətinliklə də olsa, 1-ci liqada qalmaq üçün mübarizə aparmaq mümkündür: "Bayaq qeyd etdiyim kimi, biz onsuz da gecikmişik. Bütün komandalar komplektləşiblər, çempionata hazırlaşırlar. Biz isə hələ məşqə çıxmamışıq. Bu barədə çox gecikmişik. Lakin yenə də futbolçular tapıb, 1-ci liqada qalmaq üçün mübarzə aparmaq mümkündür. Bundan sonra çempionluq, yeksək yerlər uğrunda oynayacağıq desəm, yalan olar. Bu, real görünmür. Ancaq 1-ci liqada qalmaq üçün çıxış etmək olar. Çətin olacaq".
Ramiq Ağaməmmədov
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı
“Əsas heyətə düşmək üçün çox çalışıram” - Musa Qurbanlı
La Liqanın açılış oyunu təxirə salındı
“Dinamo”nun futbolçusu üzr istədi
"Qarabağ"ı pley-offa aparan qələbə - Video
Zamiq Əliyevin komandası Avroliqada “pley-off”a yüksəldi
“Tvente” “Qarabağ”la oyun ərəfəsi tənqid hədəfində
Konfrans Liqasının son pley-offçuları
Avropa Liqasında gecənin nəticələri
UEFA Avroliqa oyununu təxirə saldı
"İki yeni futbolçuya ehtiyacımız var" - Tahir Gözel
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil