Azərbaycan millisinin və "Kayzerslautern"un hücumçusu Mahir Emreli yeni komandasında keçirdiyi ilk həftələr və qarşıdan gələn mövsüm haqda danışıb.
QOL.az xəbər verir ki, o, Almaniyanın "SWR Sport" nəşrinə müsahibəsində deyib:
"Bu klubun bir parçası olduğum üçün çox xoşbəxt və həyəcanlıyam. Mövsümün başlanmasını səbirsizliklə gözləyirəm, xüsusən də bu möhtəşəm stadionda oynamaq üçün. Hələ "Nürnberq"də olanda "Kayzerslautern"ə qarşı oynayarkən, buradakı azarkeşlərə və stadiondakı atmosferə vuruldum. Rəqib kimi çıxış etsəm də, burada oynamaq inanılmaz dərəcədə xoş idi. Stadiona gələrkən hər yer qırmızı idi və "şeytan" loqoları ilə örtülmüşdü. Komanda yoldaşlarımla zarafat edirdim: "Biz, görəsən, cəhənnəmə gedirik?"
Emreli bildirib ki, Almaniya və İngiltərənin digər klublarından təkliflər almasına baxmayaraq, məhz "Kayzerslautern"i seçib: "Klub rəhbərliyi ilə danışandan sonra onların gələcək planlarının mənim üçün də maraqlı olduğunu anladım. Ən çox isə onların iddialı olmağı məni cəlb etdi — istər futbolçular, istər idman direktoru, istərsə də prezident. Hər kəs bu klubun daha böyük uğurlara çatması üçün çalışır. Bu, məni çox təsirləndirdi".
Millimizin hücumçusu öz oyun fəlsəfəsindən də söz açıb: "Mən daha çox qaçan və mübarizə aparan bir oyunçuyam. Əlbəttə, qapıya çox zərbə vurmaq istəyirəm və qollar vurmağı məndən çox sevən yoxdur. Amma mənim üçün ən önəmlisi komandanın qalib gəlməsidir. Əgər mən iki qol vursam, amma komanda məğlub olsa, o qolların mənim üçün heç bir əhəmiyyəti yoxdur".
Emreli komandasının azarkeşləri haqda da danışıb: "Oyun zamanı azarkeşlərlə birlikdə əylənmək istəyirəm. Bəzən bir az dəli oluram, qışqırıram, onları ruhlandırıram. Qaçmalıyıq, mübarizə aparmalıyıq, azarkeşlər üçün 100 faiz gücümüzü verməliyik".
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb
"Qəbələ" - "Neftçi": Heyətlər
Tofiq Bəhramov stadionu təmir olunacaq
41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı
"3-4 şirkətlə aktiv danışıqlar gedir" - PFL rəsmisi
Azərbaycandan Surinam millisinə çağırıldı
Tomas Tuhel İngiltərə millisinin heyətini açıqladı
Azərbaycan kubokunun püşkü atıldı
"Sabah"ın futbolçusu 2 ildən sonra Polşa millisinə çağırıldı
Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə millisində karyerasını başa vurdu
"Liverpul"un gənc hücumçusu "Arsenal"a keçdi
Milliyə 30 futbolçu çağırıldı - Onlar kimlərdir?