2025/26 mövsümünün başlanğıcında Azərbaycan Premyer Liqasında yarışacaq bir neçə bölgə klubu ev oyunlarını neytral stadionda keçirəcək.
QOL.az-ın xəbərinə görə, Peşəkar Futbol Liqasının (PFL) texniki idman direktoru Elgiz Abbasov bu gün jurnalistlərə deyib ki, iyulun 20-də Tovuz stadionunda təmir başlanacaq. Bu səbəbdən "Turan Tovuz" müvəqqəti olaraq ev oyunlarını Bakıda "Azərsun Arena"da keçirəcək.
"Kəpəz" mövsümün startına Qəbələ şəhər stadionunda, "Karvan" isə Şamaxı stadionunda başlayacacaq. Hər üç klub stadionlarında aparılan/aparılacaq təmir işlərindən sonra doğma məkanlarına qayıdacaq.
"İmişli"yə gəlincə, komanda müvəqq"ti olaraq ev oyunlarını Quba Olimpiya Kompleksində keçirmək istəyir. Amma hələlik bununla bağlı yekun qərar verilməyib. E.Abbasovun sözlərinə görə, əvvəlcə Quba şəhər stadionunda yoxlanış keçirilməlidir.
"Bizə klub tərəfdən bu haqda rəsmi məktub dünən daxil olub. Gələn həftə bu məsələyə dair qərar veriləcək" - deyə E.Abbasov QOL.az-a bildirib.
Yamaldan növbəti rekord
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı
"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas
"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze
Fransa klubu qapıçısı ilə müqaviləni yenilədi
"Komandanın öyrəşdiyi sistemi dəyişdirmək asan deyil"