"Çox güclü rəqibə qarşı oynadıq. Amma buraxdığımız qollar əslində bir çox sualların cavabı idi. O qollar yüksək fərdi ustalıqla vuruldu ki, bu da rəqibin nə qədər güclü və keyfiyyətli olduğunu bir daha göstərir".
QOL.az "sportal.az"a istinadən xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun finalında "Sabah"la baş tutan matçdan (2:1) sonra keçirilən mətbuat konfransında deyib. Mütəxəssis oyunu belə şərh edib:
"Oyun bizim üçün çox yaxşı başladı. Erkən qol vurub fərqləndik və ilk 30-35 dəqiqə ərzində etibarlı müdafiə olunduq. Düzdür, birinci hissənin sonlarında rəqibə iki təhlükəli qol epizodu verdik, lakin o dəqiqələrə qədər bizim də kəsərli hücumlarımız və hətta ikinci qolu vurmaq imkanımız var idi. İkinci hissədə müəyyən taktiki dəyişikliklər etdik və hər şey daha etibarlı görünürdü, rəqibə yüz faizlik qol epizodu vermirdik. Lakin məhz o dəqiqələrdə rəqibin fantastik qoluna şahid olduq. Hesab bərabərləşdikdən sonra hücumda fəallaşmağa çalışsaq da, ikinci qolu əks-hücumda buraxdıq. Futbolçularıma təşəkkür edirəm".
- Erkən dəqiqələrdə Qismət Alıyevin sarı vərəqə alması oyuna nə dərəcədə təsir etdi?
- Həmin epizodu görməmişəm və ümumiyyətlə, hakimlikdən danışmaq istəmirəm. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Yaxşı və layiqli qələbə qazandılar, qızıl dubl etmək üçün əllərində yaxşı fürsət var idi.
- Oyun müəyyən dərəcədə "Zirə"nin futbolçularına psixoloji təsir etməlidir. Çempionatda hələ heç nə bitməyib. Yoxsa, başqa cür düşünürsünüz?
- Başqa cür düşünmürük, sona qədər mübarizəmizi aparacağıq. Başa düşürük ki, rəqib hazırda bizdən üç xal öndədir və bizi "Araz-Naxçıvan" və "Sumqayıt"la çox ağır oyunlar gözləyir. Özümüzdə güc tapıb, çempionatın son saniyəsinə qədər vuruşmağa çalışacağıq.
- Artıq üç finalda uduzmusunuz. Daha yüksək büdcəli, daha güclü klubla fərqli nəticələr qazana bilərdi Rəşad Sadıqov?
- Onu əvvəlcədən demək olmaz. Ola bilərdi ki, biz güclü olardıq, istədiyimizi edə bilməzdik. Lakin hər üç finala diqqətlə baxsanız, bəzi kiçik detallar uğurlu getsəydi, bəlkə də üçündə də biz qalib olardıq. Finalların arasında oxşar məqamlar var. Buna rəğmən 12 yarışdan 6-da mükafatlar uğrunda mübarizə aparmışıq. Bu 6 il qürurvericidir və futbolçularımla fəxr edirəm. Bəli, bu gün ortada titul yoxdur, amma başa düşməliyik ki, titul qazanmaq üçün daha çox şeyə ehtiyac var".
Renat Dadaşovun komandası böyük hesabla məğlub oldu
Derbidə vurulan 6 qol - Video
Cəlal Hüseynovun "Petrolul"u xal itirdi
Haaland Premyer Liqada daha bir rekordu yenilədi
"Qarabağ" - "Neftçi" matçında heç-heçə, "Sabah"dan qələbə
“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə təqdim olundu
İsayevin dublu, "Sabah"ın 4 qollu qələbəsi - Video
Nərimanın komandasından növbəti qələbə
“Qalatasaray” son dəqiqə qolu ilə qələbə qazandı
Çelsi” mövsümdə ilk dəfə qapısını toxunulmaz saxladı
“Görüləsi işlərimiz çoxdur” - Yeton Bekiri
“Derbini neytral azarkeş kimi izləyəcəyəm” - Dambrauskas
Qapıçı zədələndi, xərəkdə aparıldı
"Qarabağ" - "Neftçi" matçının heyətləri açıqlandı
Sıx qrafikə görə klubun mətbuat konfransı ləğv edildi
Mourinyo Arda Gülerdən danışdı
Azərbaycan kubokunda 12 oyunun vaxtı açıqlandı
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi - Şəkillər
Azərbaycan klubunda baş məşqçi ayrılığı
"Qəbələ" - "Sabah": Heyətlər
Ronaldo yeni brend yaradır
Mourinyo: "Vinisiusun yerində olsaydım"
DÇ-2027-nin brendi Bakıda nümayiş olunub - Şəkillər
Cerrardın yeni klubu məlum oldu
Mbappe 500-ə çatdı
“Napoli”nin 6 oyununu buraxacaq
Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak oldu
Konte “Mançester Yunayted”i çalışdırmağa hazırdır
“Real”ın futbolçusu məhkəmə qarşısına çıxacaq
Neymar: “Yamal dünyanın ən yaxşı futbolçusudur”
Şeydayev oynadı, komandası qalib gəldi
“Karvan-Yevlax” 3 xalı 2 qolla qazandı - Video
Mahirin komandasından mövsümdə ikinci qələbə
Futzal millimiz Çexiyaya uduzdu
"Sumqayıt"ın geridönüşü - Video