"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçin yeni klubu bilinib.
QOL.az xəbər verir ki, 36 yaşlı qapıçı "Çorum" komandasına transfer olunub. Bu barədə Türkiyə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bosniyalı qapıçı ilə 2+1 illik müqavilə imzalanıb. Onun son klubu Səudiyyə Ərəbistanının "Əl-Halic"i olub.
Qeyd edək ki, İbrahim Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da oynayıb. O, Ağdam təmsilçisinin heyətində 5 dəfə Azərbaycan çempionu olub, 3 dəfə Azərbaycan kubokunu qazanıb.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi