Bu gün “Qarabağ” Futbol Klubu üzvlərinin işğaldan azad olunan Qarabağ bölgəsinə səfəri başlayıb.
QOL.az-ın xəbərinə görə, səfərdə “Qarabağ” klubunun rəhbərliyi, məşqçilər, futbolçular və Gənclər və İdman Nazirliyinin rəsmiləri iştirak edirlər.
Əvvəlcə “Qarabağ” komandası təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına yollanıb. Komanda Füzulidən əvvəlcə Şuşa şəhərinə gedəcək. Burada onlar yerli sakinlərlə görüşəcəklər. Daha sonra Xankəndi şəhərindəki Qarabağ Universitetində görüş nəzərdə tutulub.
Bundan sonra klub üzvləri Ağdam şəhərinə səfər edəcəklər. Ağdamda
“Qarabağ” klununun üzvləri işğal dövrünə qədər komandanın ev oyunlarını keçirdiyi “İmarət” tarixi kompleksini ziyarət edəcək, rayona köçmüş yerli sakinlərlə görüşəcək.
“Qarabağ”ın Qarabağ turu Füzuli şəhərində yerli sakinlərlə görüşlə başa çatacaq.
Yuxarı
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı