“Azərbaycan–Almaniya Dostluq Həftəsi” çərçivəsində Alman-Azərbaycan Cəmiyyətinin dostu, tanınmış futbol mütəxəssisi Bernd Ştange "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyevlə görüşüb.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə almaniyalı mütəxəssislə yanaşı, cəmiyyətin sədri Çingiz Abdullayev, "Şamaxı" FK İB-nin İdarə Heyətinin sədri Elçin Usub və futbol veteranı Vəli Qasımov da iştirak ediblər.
Görüşdə qonaqlara Tovuz futbolu və klub haqda ətraflı məlumat verilib. Tovuzda futbolun təməlinin ötən əsrin əvvəllərində məhz almanlar tərəfindən qoyulduğu vurğulanıb. Eyni zamanda “Şamaxı” FK haqda da qonaqlara geniş məlumat verilib.
Qarşılıqlı fikir mübadiləsi aparılıb və mümkün əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşün sonunda fəxri qonağa "Turan Tovuz"un forması hədiyyə olunub. Cəmiyyətin sədri Çingiz Abdullayev 1920-ci ildə Tovuzda keçirilən ilk rəsmi oyun olan “Rote Fahne” – “Tovuz” oyununda çəkilən tarixi şəkli Ehtiram Quliyevə təqdim edib.



"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi