“Liverpul” “Napoli”nin 26 yaşlı hücumçusu Viktor Osimhenin transferi ilə bağlı danışıqlara başlayıb.
QOL.az xəbər verir ki, bu barədə “TEAMtalk” nəşri məlumat yayıb.
İngiltərə nəhəngi nigeriyalı futbolçunu heyətinə qatmaq üçün maraqlı təklif irəli sürüb. “Liverpul” bu keçid qarşılığında Federiko Kyeza və Darvin Nunyesi “Napoli”yə verməyə hazırdır. Son günlərdə tərəflər arasında ilkin təmaslar baş tutub və bu danışıqlarda həm Nunyesin, həm də Kyezanın adı keçir.
Bildirilib ki, mersisaydlılar eyni zamanda Osimhenin nümayəndələri ilə də əlaqə saxlayır. 26 yaşlı oyunçunun Çempionlar Liqasında çıxış edən və hazırkı İngiltərə çempionuna keçidə isti yanaşdığı vurğulanır. Lakin mümkün transferin qarşısını ala biləcək əsas amil Osimhenin yüksək maaş tələbi ola bilər.
Qeyd edək ki, əgər “Liverpul” Nunyes və Kyezanı satmağı bacarsa, ildə təxminən 15 milyon funt sterlinq qənaət etmiş olacaq. Bu vəsaitin Osimhenin maaşı üçün xərclənməsi planlaşdırılır.
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
“Belə hallara yol vermək olmaz” - Kurban Berdiyev
"Real" satılacaq, ya yox?
"Şəfa" - "Qəbələ": Heyətlər