Azərbaycanın U-21 millisi Belarusa uduzdu

Azərbaycanın U-21 millisi Belarusa uduzdu
ÖLKƏ FUTBOLU 4 İyun 2025 / 21:50 5245
-  A +

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama oyunu keçirib.

QOLaz xəbər verir ki, Belarusda təlim-məşq toplanışında olan Ayxan Abbasovun komandası bu ölkədən olan həmyaşıdları ilə üz-üzə gəlib.

Baranoviçi şəhər stadionunda oynanılan matç Belarusun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın yeganə qolunu 22-ci dəqiqədə Raul Məmmədov vurub.

Qeyd edək ki, U-21 iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro ilə yoldaşlıq görüşü keçirəcək.

Xatırladaq ki, U-21 millimiz Ayxan Abbasovun baş məşqçi təyinatından sonra son 2 matçda uduzmamışdı. Komanda mart ayındakı toplanış çərçivəsində Moldova yığmasına qalib gəlmiş (2:0), Şimali Makedoniyanın müvafiq yaş qrupu ilə bərabərə qalmışdı (0:0).

Belarus - Azərbaycan - 3:1

Qollar: Ruslan Myalkovskiy, 37, Kiril Çepenkov, 40, Andrey Demisyuk, 50 - Raul Məmmədov, 22

Daha çox


Son xəbərlər
05.06.25  21:59

"Yuventus"dan ayrıldı

05.06.25  20:50

"Şamaxı"da ayrılıq

05.06.25  15:55

"Arsenal"dan "Latiso"ya