21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov təlim-məşq toplanışı barədə danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis AFFA-nın saytına açıqlamasında əvvəlcə A milli komanda ilə keçirilən yoxlama oyunu (0:3) ilə bağlı təəssüratlarını bölüşüb:
“Məşq xarakterli yoxlama oyununun keçirilməsinə görə, əsas millinin baş məşqçisi Fernandu Santuşa təşəkkür edirəm. Biz tam heyətlə olsaq da, əsas millinin bəzi üzvləri Azərbaycan kubokunun final oyununda iştirak etdikləri üçün düşərgədə deyildilər. Hərəsi 35 dəqiqə olmaqla iki hissə oynanıldı, hər iki komanda bütün futbolçuları sınaqdan keçirdi. A millinin oyunçuları ilə meydanda olmaq futbolçularımız üçün əlavə motivasiya idi. Belə yoxlama matçlarının baş tutması futbolçuların xeyrinədir”.
U-21 millimiz hazırlıq çərçivəsində iyunun 4-də Baranoviçi şəhər stadionunda Belarusun, iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq görüşü keçirəcək. Baş məşqçi həmin qarşılaşmalarda məqsədin qələbə qazanmaq olacağını deyib: “Bu, bizim U-21 millisində ikinci hazırlığımızdır. İlk təlim-məşq toplanışımız Antalyada təşkil olunmuşdu. Heyətdə bəzi yeni oyunçular var. Hər toplanışda komanda olaraq daha da artırmaq istəyirik. Yoldaşlıq görüşlərində üz-üzə gələcəyimiz rəqiblərin reytinqdə öndə olması bizim üçün yaxşıdır. Güclü komandalara qarşı çıxış etməyin yalnız müsbət təsiri olur. Belarusla səfərdə, Monteneqro ilə evdə qarşılaşacağıq. Seçmə mərhələdə ev-səfər oyunlarının olacağını nəzərə alsaq, buna öyrəşməliyik. Hər iki görüşdə qələbə qazanmaq üçün mübarizə aparacağıq. Futbolçular meydanda maksimum nəticəyə köklənməlidirlər. Bu matçlar həm də oyunçuların beynəlxalq təcrübə qazanmalarına kömək olacaq”.
Ayxan Abbasov Belarus və Monteneqro yığmalarını təhlil etdiklərini vurğulayıb: “Rəqiblər barədə yalnız xoş sözlər deyə bilərəm. Belarusun son iki yoldaşlıq görüşünü izləmişəm. Antalyada Şimali Makedoniya, İstanbulda isə Türkiyə yığmasına qalib gəliblər. Onların, xüsusən də, U-21 komandası son illər çox inkişaf edib. Monteneqronun futbolçuları isə əsasən digər ölkələrdə legioner həyatı yaşayırlar. Bir sözlə, maraqlı rəqiblərdir. Belə komandalarla qarşılaşmaq bizim inkişafımıza yardım edəcək”.
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video
Xabi Alonso “Çelsi”də də məyus edir
“Qarabağ” hər oyunda 4-5 qol vurmaq istəyir…” - Video
Bundesliqa klubundan baş məşqçi qərarı
Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"
Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun