“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andradenin QOL.az saytına müsahibəsi
- Gərgin keçən finalın sonunda məğlubiyyət acısı yaşadınız. “Qarabağ”ın “qızıl dubl” etməsinə nə mane oldu?
- Əslində, oyunun çətin keçəcəyi əvvəldən məlum idi. Çempionat bitəndən sonra bir həftə gözləmək, hazırlıq və s. bütün bunlar asan deyildi. Matçda hesabı açan tərəf rəqib olsa da, geridönüş edə bildik. Qələbəyə çox yaxın idi. Təəssüf ki, iki dəfə sonda qapımızda qol görməklə kuboku əldən verdik. Bu, bizim üçün bir dərs olmalıdır. Gələcək oyunlarda, finallarda eyni səhvlərə yol verməməliyik. İndi artıq istirahət zamanıdır.
- Oyun ərzində 2 dəfə “Qarabağ”ın qapısına penalti təyin edildi. Bu, fiziki cəhətdən çatdırmamaqdan irəli gəlirdi?
- Xeyr, bunun fiziki hazırlıqla heç bir əlaqəsi yoxdur. 1-2 saniyəlik konsentrasiyanı itirməkdən irəli gəlir. Bunu dünyanın ən yaxşıları, hətta Kriştianu Ronaldo belə edə bilər. Həm də qapımızda penalti təyin edilibsə, bu, bir nəfərin səhvi deyil. Baxmaq lazımdır ki, rəqib hücumu haradan başlayır, top itkisinə kim yol verir və s. Dediyim kimi, qapımıza penaltinin təyin edilməsi tək bir nəfərin günahı deyil.
- Hakimlik barədə nə deyə bilərsiniz?
- Hakimlik barədə danışmaq istəmirəm.
- Artıq məlumdur ki, “Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəyə I deyil, II təsnifat mərhələsindən start verəcək...
- Çox həyəcanlıyam, çox sevincliyəm ki, yenidən Çempionlar Liqasında iştirak edəcəyik. Mövsümün əvvəlindən hədəfimiz bu idi. Bu yarışda iştirak etmək xoşbəxtlikdir.
- Kubokun təltifetməsi zaman həm də siz Premyer Liqanın bombardiri olduğunuz üçün mükafatlandırıldınız. Təəssüratlarınız necədir?
- Əlbəttə, Premyer Liqanın bombardiri olduğum üçün sevincliyəm. Gələcəkdə də əlimdən gələni edəcəyəm ki, vurduğum qollarla komandama fayda verim, qələbələrdə pay sahibi olum.
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video
Xabi Alonso “Çelsi”də də məyus edir
“Qarabağ” hər oyunda 4-5 qol vurmaq istəyir…” - Video
Bundesliqa klubundan baş məşqçi qərarı
Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"
Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun