"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 36-cı turunda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
“Qarabağ”ı təbrik edir və onlara Çempionlar Liqasında uğurlar arzulayıram. Azarkeşlərimizə təşəkkür edirəm. Məğlubiyyətlərə baxmayaraq, bizi dəstəklədilər. Məqsəd Premyer Liqada qalmaq idi və biz buna nail olduq. Bu il çox şey əldə etdik. Klub olaraq Premyer Liqada möhkəmləndik, gənc futbolçular qazandıq. Davam etməliyik. Əgər addım-addım inkişaf etmək istəyiriksə, bu cür oyunlar vacibdir”.
Mütəxəssis növbəti mövsümdə klubun büdcəsinin azaldılacağına münasibət bildirib: "Bizdən başqa sponsoru olmayan komanda yoxdur. Ötən il ən kiçik büdcə bizdə idi. Büdcəsi böyük olan klublar da qarşıda çətinliklər olacağından danışırlar. Təsəvvür edin, bizdə vəziyyət necə olacaq. Rəhbərliklə geniş fikir mübadiləsi aparırıq. Artıq bu yoldayıq və onu yarımçıq qoymaq istəmirik. Burada tək deyiləm. Böyük risklərə gedirik. Amma inanıram. Biz bu yola çıxmışıq və getməliyik. Rəhbərlik də fədakarlıq göstərməyə çalışır. Gələn mövsüm buradayıq. Artıq işlərə başlamışıq. Daha dinamik, perspektivli oyunçular görmək istəyirik. Seçim işlərinə start vermişik".
A.Abbasov U-21 millinin heyətinə Amin Rzayevi çağırmaqlarından söz açıb: "Bu geniş siyahıdır. Təəssüf ki, 4-5 futbolçunu dəvət edə bilmədim. Onları da izləmək istərdim. Lakin həmin mövqedə çox oyunçu var və bu, çətinlik yaradır. Əlimizdən gəldiyi qədər istedadlı futbolçuları U-21-ə tez cəlb edib qısa zamanda əsas komandaya çatdırmağa çalışacağıq. Son toplanışda 2007 təvəllüdlü futbolçularımız vardı, bu dəfə isə artıq 2009-lular var. Bu, həm də digər gənclərə bir mesajdır ki, onlara baxılır. Siyahıda 30 nəfər var və hər birinin oynamaq şansı var. 30 mayda əsas yığmamıza qarşı yoldaşlıq oyunumuz olacaq".
O, "Şamaxı"nın futbolçusu Edqar Adilxanovun əsas millimizin baş məşqçisi Fernandu Santuşun diqqət mərkəzində olduğunu bildirib: "Bu qərarı əsas yığmanın baş məşqçisi verir. Biz onunla əlaqə saxlayırıq. Gənclər də onun diqqətindədir. Amma yığmaya gedib oynamamaq da düzgün deyil. Edqarın U-19 yığmasına çağırılmasından 2-3 il keçir. Futbolçu beynəlxalq oyunlarda iştirak etməlidir ki, inkişaf etsin. Edqar da Fernandu Santuşun diqqət mərkəzindədir".
Mütəxəssis bugünkü oyuna az legioner sayı ilə çıxmalarının səbəbini deyib: "Andrey Tırkovyanu, Rikardu Fernandeş, Alfons Msanqa, Vladislav Veremeyev – hamısı bizimlədir. Digərləri ilə yollarımızı ayırmışıq. Leroy Mikkels də ayrılmaq istədi. Bu gün iki legioner və gənc oyunçular yaxşı mübarizə apardılar. Gələn mövsüm üçün hələlik dörd legionerimiz var".
A.Abbasov digər klublardan transfer edəcəkləri gənc oyunçulardan da danışıb: “Qəbələ”dən Emil Süleymanovu icarəyə götürdük. Bu mövsüm bizimlə olan Rauf Rüstəmli “Sabah”a qayıdacaq. Bu əməkdaşlıqdan həm biz, həm də qarşı tərəf faydalandı. Cəlal Hüseynov bizə gələndə ən yaxşı formada deyildi, indi isə əsas yığmaya çağırılıb. 12-13 futbolçu ilə bağlı müraciət etdik, yalnız “Qəbələ” müsbət cavab verdi".
O, növbəti mövsümdə legioner limitinin ləğvinin gənclərə təsirindən söz açıb: "Gənclərə şans verməyə davam edəcəyik. Bu gün “Sumqayıt”a təşəkkür etmək istəyirəm, yığmaya çağırdığım futbolçular əsas heyətdə oynadılar. Gənclər arasında rəqabət olacaq. Onları izləyirik, məlumat alırıq. Əminəm ki, gələn mövsüm də yeni oyunçular üzə çıxacaq. Minimum 5-6 nəfər bizdə oynayacaq".
"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video
Reşfordu təhqir etdiyinə görə cəzalandırıldı
“Sabah”ın çempionluğu rəsmiləşdi
10 qol vuran ilk oyunçu oldu
Montiel zədələndi, hirsindən butsunu yerə çırpdı - Video
"Barselona" onlarla sağollaşır
AFFA rəhbərliyi FİFA-nın Konqresində
Dünya çempionatından sonra karyerasını başa vuracaq
İran nümayəndə heyəti FİFA konqresinə niyə buraxılmayıb?
1-ci liqada 24-cü tura yekun vuruldu
“Neftçi” - “Qarabağ”: Heyətlər
Misli Premyer Liqasında bu həftəki oyunların hakimləri
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Azərbaycanın daha bir stadionuna FİFA sertifikatı verildi
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Mançester Yunayted"də 5 illik müqavilə
"Perspektivli komandamız var" - Aqil Nəbiyev
Salah bu mövsüm oynaya biləcək?
40 yaşlı Eşli Yanq son oyununa çıxır
Skott Parker istefaya göndərildi
Prezidentin güləşçilərlə görüşündə səmimi anlar - Şəkillər
Loqonu tapdaladı, Simeone ailəsi özündən çıxdı - Video
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan millisi Pakistana qalib gəldi
Yığmamız Belarusla qarşılaşdı
Hafiz Məmmədov ilə Qurban Qurbanov bir arada - Şəkil
ÇL-də həftənin oyunçusu kim olacaq?
Nəriman 90 dəqiqə oynadı, komandası 1/4 finala yüksəldi
"Atletiko" "Arsenal"la heç-heçə etdi - Çempionlar Liqası
Autsayder liderdən xal aldı - Video
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi