“Ayxan Abbasova təşəkkür edirəm. Gənclərdən yaxşı, mübariz kollektiv formalaşdırıb. Sona kimi oynadılar, bizə xeyli çətinlik yaşatdılar. Futbolçularım sona kimi oyunun içində oldular, qopmadılar. Hər iki komanda mövsümü yaxşı notlarla başa vurdu”.
QOL.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 36-cı turunda “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, “Sabah”a qarşı keçirəcəkləri Azərbaycan kubokunu finalına ciddi yanaşdıqlarını da bildirib: “Həmişə ciddi olmuşuq. Əks halda, finala qədər gəlməzdik. Qarşımızda istəkli komanda var. Kuboku qazanmaq istəyirik. Necə olacağını görəcəyik”.
Təcrübəli mütəxəssis Yassin Benzia ilə danışıqların davam etdiyini bildirib: “Bütün təklifləri etmişik. Qalıb qərarını verməsi. Buna baxmayaraq, həmin mövqeyə axtarışdayıq. Aktiv danışıqlarımız var. Benzia qalacaqsa, lap yaxşı. Ola bilər karyerasını başqa yerdə davam etmək istəsin”.
Qurbanov Çempionlar Liqasına birinci deyil, ikinci təsnifat mərhələsindən başlamalarının daha faydalı olduğunu vurğulayıb: “Futbolçuların istirahətə ehtiyacı var. Birinci təsnifat mərhələsindən başlasaydıq, tələsə bilərdik. 1 aya yaxın vaxtımız olacaq və işlərimizi görməyə çalışacağıq”.
“Qarabağ”ın çalışdırıcısı Abubakar və Manfredasla danışıqlar aparmadıqlarını da bildirib.
Qurban Qurbanov “Barselona”nın düşərgəsində olmasından da söz açıb:
“Bütün yaş qruplarının məşqində oldum. Mütəxəssislərlə söhbətlərimiz oldu, eləcə də Fliklə. Baxmayaraq ki, geniş danışa bilmədik. “Barselona” çox böyük klubdur. Onların vaxt ayırması asan deyildi. Mənim üçün ora getmək çox vacib idi. Əmin oldum ki, sistemi qurub saxlamaq çox vacibdir. Bunu icra edənlər sistemi sevməli və sadə şəkildə tapşırıqları yerinə yetirməlidir. Komandada adlı-sanlı oyunçuların olması vacib deyil. Çox şey götürdüm. Belə səfərlər böyük təcrübə, inam verir. Böyük klublarda öz komandanda istədiklərini görmək xoşdur. Maraqlı görüş alındı. Faydalı səfər oldu”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır