Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsində 2-ci tura start verilib.
QOL.az xəbər verir ki, bu gün daha 8 qarşılaşmadan 7-si keçirilib.
A qrupunda mübarizə aparan Azərbaycan millisi Sloveniya ilə qarşılaşıb. Görüş yığmamızın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində qolları Elvin Əlizadə, Mirmehti Rzayev, Xətai Bağırov, Kamran Abdullazadə vurublar.
Qrupun digər oyununda isə Mavritaniya Bəhreynlə üz-üzə gəlib. Burada Mavritaniya 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan millisi ilk görüşdə Bəhreynlə heç-heçə edib - 1:1.
23 may
A qrupu
Dünya çempionatı
Qrup mərhələsi
2-ci tur
A qrupu
12:45. Mavritaniya - Bəhreyn - 2:0
20:45. Sloveniya - Azərbaycan - 0:4
Xal durumu: Azərbaycan - 4, Mavritaniya - 4, Bəhreyn - 1, Sloveniya - 1.
B qrupu
14:00. Fransa - Özbəkistan - 3:3
16:30. Çad - Rumıniya - 4:2
Xal durumu: Fransa - 4, Çad - 3, Rumıniya - 3, Özbəkistan - 1.
C qrupu
15:15. İngiltərə - Macarıstan - 1:1
19:30. Ukrayna - Türkiyə - 1:3
Xal durumu: İngiltərə - 4, Türkiyə - 4, Macarıstan - 2, Ukrayna - 0.
D qrupu
18:15. Bolqarıstan - Hindistan - 5:0
22:00. Portuqaliya - Slovakiya
Xal durumu: Slovakiya - 3, Bolqarıstan - 3, Portuqaliya - 3, Hindistan - 0.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı iyunun 1-də başa çatacaq.
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı