“Əvvəl mənə təklif gələndə oynamaq istəmirdim. Çünki dizimin çarpaz bağlarından əməliyyat olunmuşam. Dizimi bağladım, birtəhər, qorxa-qorxa oynadım. Amma şükürlər olsun ki, yaxşı oldu”.
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Əfran İsmayılov ölkə futbolunun əfsanələri arasında keçirilən matç haqda danışarkən deyib.
“Legends Cup”da “Neftçi 2000-lər” və “Premyer Liqa məşqçiləri”i qarşılaşıb və ikincilər penaltilər seriyasına qalib gəlib – 3:2. “Premyer Liqa məşqçiləri”nin heyətində çıxış edən İsmayılov belə oyunların tez-tez keçirilməli olduğunu bildirib: “Həqiqətən də möhtəşəm atmosfer var idi. Belə oyun həm bizim üçün maraqlı olur, həm futbol ictimaiəti və azarkeşləri üçün. Baxmyaraq ki, kuboku qazanmaq önəmli deyildi, qardaşlıq oyunu idi. Amma yenə də sevindiricidir ki, qalib gəldik. Heç kim uduzmaq istəmirdi.

Ehtiyat oyunçular skamyasında oturanda bir mənzərəni də müşahidə etdim. Gördüm ki, 1-2 nəfəri çıxmaqla hamısı hocanın (Qurban Qurbanovu nəzərə tutur – red.) tələbəsidir: Samir Abasov, Rəşad Sadiqov, Rəşad Sadıqov, Əfran İsmayılov, Vaqif Cavadov, Elvin Məmmədov, Ayxan Abbasov. Digər komandada da var idi. Həqiqətən bu insanlarla futbol oynamaq sevindirici və maraqlı idi. Düşünürəm ki, maraqlı bir oyun oldu. Təşkilatçılığa görə Minifutbol Federasiyasına təşəkkür edirəm”.
“Araz-Naxçıvan” klubunun məşqçisi mövcud çətinliklərlə bu mövsümü 3-cü pillədə başa vurmaqlarını və Konfrans Liqasına vəsiqə əldə etməklərini böyük uğur adlandırıb: “Sizin təsəvvür etmədiyiniz qədər çətinliklərimiz var. Elə günümüz olurdu ki, stadion tapa bilmirdik və məşqi ləğv edirdik. Düşünün ki, belə vəziyyətlərimiz olub. Amma şükürlər olsun ki, futbolçular əziyyətimizi yerə vurmadılar. Onlar özləri çox əziyyət çəkdilər. Məşqçi heyətimiz də geniş deyil. Cəmi 3-4 məşqçimiz var. Başqalarının 7-8 məşqçisi var. Hamımız çalışdıq, vuruşduq, futbolçularla, rəhbərliklə bir yerdə bura qədər gəlib çıxdıq. Mənim üçün çox sevindiricidir ki, məşqçi kimi ilk illərimdə avrokuboklarda iştirak edəcəyik. Məşqçi işi çox məsuliyyətlidir. Neçə vaxtdır ki, stress keçirirdik. Bir gün süni örtükdə, bir gün təbii örtükdə məşq edirdik. Bəzən də heç stadion tapmırdıq. Bir gün trenajor zalına gedirdik. Yəni aləmi vurmuşduq bir-birinə, hər əziyyətə qatlaşırdıq. Düşünürdük necə edək ki, istəyimizə çataq. Şükürlər olsun ki, çox əziyyətlərə baxmyaraq, bunu bacardıq. Bizim üçün böyük uğurdur. Böyük uğur ona görə deyirəm ki, qıraqdan görünməyən çox şeylər var. Başda Zaur Axundov olmaqla klubumuzun bütün kollektivini və Naxçıvan camaatını təbrik edirəm”.
Ə.İsmayılov qeyd edib ki, avrokubok təcrübələri olmasa da, Konfrans Liqasında da yaxşı nəticə üçün mübarizə aparacaqlar: “Mövsüm bitdikdən sonra danışacağıq. Komandamıza güclənmək lazımdır. Bacardığımız qədər irəli getməliyik. Düzdür, çətin olacaq. Çünk ilk ilimizdir, təcrübəmiz az olacaq. Püşkdən də çox şey asılıdır. Amma hər bir çətinlikdən sonra işlər asanlaşır. Əziyyətlə bu yerə gəlmişiksə, bundan sonra da zəhmətimizin sayəsində uğur qazana bilərik. Avrokuboklarda da yaxşı nəticə qazanmağın yollarını axtarırıq, bunun üzərində işləyirik”.
Ramiq Ağaməmmədov
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi
"Şamaxı"nın qələbəsindən - Video
2-ci liqa: "Şirvan"dan böyükhesablı qələbə
Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik
"Kəpəz" - "Sumqayıt": Heyətlər
Matçdan öncəki məşq zamanı qorxulu qəza - Video
“Barselona”nın müdafiəçisi sıradan çıxdı
2-ci liqada 6 oyunun saatı məlum oldu
Luis Enrikedən PSJ ulduzları üçün şok qərar
Bellinqem “Real”la müqaviləsini uzadır
3 ildən sonra yenə "Brayton"
"Şamaxı" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
"Barselona"nın tarixinə düşdü
“Qalatasaray”dan son 60 ilin ən pis müdafiə göstəricisi
PSJ prezidenti ilə bağlı araşdırma başladı
İsgəndər Cavadovun möhtəşəm qolu! - Video
Azərbaycandan ayrılıb Afrikaya üz tutdu
Ronaldo de Souza: “Qarabağ” güclü rəqibdir, lakin…”
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Rüfətin komandası yenə uduzdu
Toral zəif oyununa görə əvəzləndi - İlk hissədə
“Qara dəniz” coşdu, Salah şou göstərdi - Video
Rafinyadan het-trik
"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət