"Azərbaycan Minifutbol Federasiyası olaraq Azərbaycanda ilk dəfədir dünya miqyaslı yarış keçiririk. Ölkəmiz bu cür beynəlxalq yarışları keçirməyə öyrəşib. Hər zaman da yüksək peşəkarlıq göstərib. Bir çox misallar çəkmək olar. Biz də bu nümunəni götürərək, AMF olaraq bu yarışı yüksək səviyyədə keçirmək niyyətindəyik".
QOL.az xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov Bakıda keçiriləcək dünya çempionatından öncə təşkil olunan mətbuat konfransında deyib.
Dünya çempionatına ev sahibliyi etmək təşəbbüsündən danışan Nəsibov qeyd edib ki, yarışı Azərbaycana yaraşan səviyyədə təşkil etmək istəyirlər: "Əlbəttə ki, çətinliklər həmişə olur, olacaq da. Əlimizdən gələni edirik. Azərbaycanda belə yarışların keçirilməsi federasiyanın üzərində böyük məsuliyyətdir. AMF-nin əməkdaşları çox deyil. Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası bu yarışı keçirməyimizdə böyük dəstəkçidir. Hələ ki, bu işin öhdəsindən lazımınca gələ bilirik.
Avropa çempionu olduqdan sonra daha çox işlər görməyə başladıq. 2023-cü ildə dünya çempionatı BƏƏ-də keçirilmişdi. AMF-nin prezidenti Orxan Məmmədovun təşəbbüsü idi. Dünya Minfutbol Federasiyasının görüşlərində təşəbbüs irəli sürmüşdü. Onlarla danışıqlara başladıq. Bütün lazım olan addımları atdıq. Onları Azərbaycana dəvət etdik, arenaları gəzdirdik. Arena seçildikdən sonra sənədlər toplandı və ev sahibliyi etmək istədiyimizi bildirdik. Növbəti iclasda 2025-ci ildə dünya çempionatının Bakıda keçirilməsinə qərar verildi. Əsas təşəbbüskar Orxan Məmmədovdur".
O, dünya çempionatının açılış mərasiminin maraqlı olacağını deyib: "Hər bir yarışın güzgüsü açılışdır. Kifayət qədər lazımi tədbirlər görnüşük. Maraqlı açılış olacaq. Açılışın necə olacağı həmin günə qalsın. Bəyənib-bəyənmədiyinizi deyərsiz".
T.Nəsibov millinin qarşısında duran vəzifələrdən də danışıb: "Ev sahibiyik. Millinin hazırlığına kifayət qədər lazım olan şəraiti yaratmışıq. İstər toplanışlar, istər qidalanma, istərsə də hər bir şərait yaradılıb. Ev sahibi kimi oynamaq da məsuliyyətdir. Milli komandamız psixoloji cəhətdən tam hazırdır. Heyət olaraq da formalaşıblar, neçə aydır toplanışdadırlar. Yaxşı olar. Ev sahibi olaraq istəyərdik ki, kubok Azərbaycanda qalsın. Hədəfimiz 3 yerdən birini qazanmaqdır. Oyunçulara demişik ki, 3 yerdən birini qazansaq, bizim üçün yaxşıdır.
T.Nəsibov milli komanda üçün mükafat fondunun olduğunu da təsdiqləyib: "Mükafatsız olmayacaq. Artıq baş məşqçi ilə müzakirə olunub, təyin edilib. İstəməzdim media üçün açıqlayım. Amma federasiya prezidenti tərəfindən mükafat təyin olunub. Bu barədə də baş məşqçiyə bildirilib. Yəqin ki, baş məşqçi də bunu kollektivlə bölüşüb".
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi
"Şamaxı"nın qələbəsindən - Video
2-ci liqa: "Şirvan"dan böyükhesablı qələbə
Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik
"Kəpəz" - "Sumqayıt": Heyətlər
Matçdan öncəki məşq zamanı qorxulu qəza - Video
“Barselona”nın müdafiəçisi sıradan çıxdı
2-ci liqada 6 oyunun saatı məlum oldu
Luis Enrikedən PSJ ulduzları üçün şok qərar
Bellinqem “Real”la müqaviləsini uzadır
3 ildən sonra yenə "Brayton"
"Şamaxı" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
"Barselona"nın tarixinə düşdü
“Qalatasaray”dan son 60 ilin ən pis müdafiə göstəricisi
PSJ prezidenti ilə bağlı araşdırma başladı
İsgəndər Cavadovun möhtəşəm qolu! - Video
Azərbaycandan ayrılıb Afrikaya üz tutdu
Ronaldo de Souza: “Qarabağ” güclü rəqibdir, lakin…”
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Rüfətin komandası yenə uduzdu
Toral zəif oyununa görə əvəzləndi - İlk hissədə
“Qara dəniz” coşdu, Salah şou göstərdi - Video
Rafinyadan het-trik
"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət