"Liverpul"un futbolçusu Məhəmməd Salah komanda yoldaşı Trent Aleksander-Arnoldun klubdan ayrılması ilə bağlı fikirlərini bölüşüb.
QOL.az "Sky Sports"a istinadən xəbər verir ki, misirli hücumçu deyib:
"Düşünürəm, ona yeni bir çağırış lazım idi. Bu barədə mənimlə danışmışdı. Bu, əlbəttə, onun qərarıdır. Onun 25, ya da 26 yaşı var və o, Premyer Liqanı iki-üç dəfə qazanıb. Daha nə edə bilər? Sadəcə olaraq getməli, dəyişməli və özünə yeni bir hədəf qoymalıdır. İnsanlar bunu düşünmür, amma o, bu klubda 20 il keçirib. Bu, psixoloji cəhətdən çox çətindir. 20 ili bir klubda keçirmək bir insan üçün asan deyil. Bəli, mən buranı sevirəm, amma hər gün 20 il ərzində eyni yerə getmək depressiyaya səbəb ola bilər. Mən ona həqiqətən hər şeyin ən yaxşısını arzulayıram. Onunla həmişə əlaqədə olacağam.
Bu onun qərarı idi. Onu qalmağa inandırmağa çalışmadım, çünki bilirəm – klubda 20 il keçirmək asan deyil. İnsanlar düşünür ki, bu qərarı vermək və qalmaq asandır. Əsla belə deyil. Mən istəyirəm ki, o, hər zaman mənim komandamda olsun. Onun kimi insana komandanın həmişə ehtiyacı var".
Qeyd edək ki, daha öncə Trent Aleksander-Arnold mövsümün sonunda "Liverpul"u tərk edəcəyini açıqlamışdı.
“Kristal Pelas”ın baş məşqçi namizədi bəlli oldu
“Roma” ona daha az maaşlı müqavilə təklif edir
Millinin baş məşqçisinin mətbuat konfransı ləğv olundu
Haaland yığmanın məşqinə qoşulmadı
“Real”ın səhmlərinin bir hissəsi satışa çıxarıla bilər
“Mourinyo daha təmkinli olub”
PSJ “Borussiya”nın qapıçısı ilə maraqlanır
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Mbappe ilə Zidan arasında fikir ayrılığı var?
Lukaku Türkiyə millisi ilə matçı buraxacaq
La Liqada bunu bacaran 20-ci komanda oldular
"Mançester Yunayted" Poçettino ilə razılaşdı
"İndi millidə bir mövqeyə ikinci futbolçunu tapmaq çətindir"
2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
"Latsio"da yeni müqavilə
Azərbaycan güləşçilərindən 8 medal