Almaniyanın nüfuzlu "Bild" qəzeti Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin mövsümün sonu "Nürnberq"i tərk edəcəyinə yazı həsr edib. Dünən 2-ci bundesliqa təmsilçisi 27 yaşlı futbolçu ilə iyunda başa çatacaq müqavilənin uzadılmaması barədə razılığa gəlindiyi açıqlayıb.
QOL.az xəbər verir ki, "Bild"in yazısında bununla əlaqədar bildirilir: "Son vaxtlara qədər vəziyyət elə görünürdü ki, tez-tez fərqli davranışları ilə diqqət çəkən Emreli ilə klub arasında bir növ "sevgi münasibəti" başlaya bilərdi. Son həftələrdə göstərdiyi güclü çıxışlar və son dörd oyunda vurduğu dörd qol səbəbilə azərbaycanlı futbolçunun yeni müqavilə imzalayacağı istisna olunmurdu. Futbolçu ilə klub rəhbərliyi arasında bu barədə danışıqlar da aparılıb. Lakin ortaq razılıq əldə olunmayıb".
Qəzet yazır ki, bunun əsas səbəblərindən biri də, ola bilər, Emrelinin əvvəlkindən xeyli çox maaş istəməsi olub. Milli komandanın üzvü yayda sindezmoz bağından aldığı zədə ilə kluba qoşulmuşdu və bu səbəbdən "Nürnberq"ə nisbətən ucuz başa gəlmişdi: "İndi isə forvard özünü daha yaxşı danışıqlar mövqeyində görür və Bundesliqa klubuna keçmək istəyir.
Şübhəsiz ki, keyfiyyətli hücumçu olan Emreli klubda həmişə yalnız müsbət xəbərlərlə gündəmdə olmayıb. Payızın sonlarına doğru əsas heyətdəki yerini itirdikdən sonra Emreli ilə baş məşqçi Miroslav Klose arasında münasibətlərdə gərginlik yaşanmağa başlamış, məşqlərdə bəzi intizamsız davranışlar da müşahidə olunmuşdu.
Bu səbəbdən hücumçu artıq qışda klubu tərk etmək istəyirdi. Lakin Cənubi Koreyaya keçidi baş tutmadı. Ancaq mövsümün son mərhələsində sol yaqlı futbolçu yenidən performansı ilə inam yaratdı".
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi